?Sədərək? Ticarət Mərkəzində icarə haqları artırılıb

img

21-10-2009 [02:16]


?Sədərək? Ticarət Mərkəzi rəhbərliyi orada çalışan sahibkarlara verilən yerlərin icarə haqlarını kəskin qaldırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən həmin ticarət mərkəzində çalışan İntizam Abdullayev bildirib ki, əvvəl sahib olduğum 12 kvadratmetr dükana 300 manat aylıq ödəniş alınırdı: ?Birdən gəlib, ticarət haqqını 2000 manata qaldırdılar. Yerində ödəniş etməyənləri dərhal çıxarmağa başladılar. Bizim də aylıq gəlirimiz 1000 manat olmadığından həmin ərazini tərk etməyə məcbur olduq. Şərtlərlə razılaşmayanlardan yarmarkanı tərk etmək tələb olunur. Bu mağazalarda çalışanlar müqaviləli ticarədarlardır. Onlar aylıq icarə haqqı ilə yanaşı bura köçərkən 3-5 min manat depozit haqqı ödəyiblər. İndi rəhbərlik heç bir izahat vermədən müqavilələrin qüvvədən düşdüyünü bəyan edib. Bildirilir ki, mağazalar satışa çıxarılır ki, onları alsınlar və yeni müqavilələr tərtib olunsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA