AXCP Bakıda Türk bayraqlarının yığızdırılmasına etiraz olaraq aksiya keçirdi

img

21-10-2009 [01:13]


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü Şəhidlər Xiyabanının yanındakı Türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ziyarətlə başlayan tədbir Türk bayraqlarının yığışdırılmasına etiraz aksiyasıdır. Aksiya iştirakçıları "Yaşasın Türkiyə, yaşasın Azərbaycan", "Türkiyə və Azərbaycan doğma qardaşdır" və s. şüarlar səsləndiriblər. Öncə abidənin qarşısında çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu aksiyanın liderləri Əli Kərimlinin çağırışı əsasında həyata keçirildiyini bildirib: "Nəzərinizə çatdırmaq istəyirik ki, Türkiyə Azərbaycan münasibətləri Türkiyə-Azərbaycan iqtidarından deyil, xalqların iradəsindən asılıdır. İki ölkənin münasibətinə xələl gətirəcək, heç bir işin baş verməsinə yol veməyəcəyik". Polis dörd nəfər gənci saxlayıb. Buna səbəb isə gənclərin Türkiyə və Azərbaycan bayraqlarını qaldırmaları olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA