Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə arazdırma aparılıb

img

21-10-2009 [01:03]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 05-11 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 11 akt və protokol tərtib olunmuşdur. Ümumilikdə 2 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 5 iş üzrə 566,15 manat məbləğində iddia qaldırılıb. Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunub. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 2 protokol tərtib olunub. Floranın mühafizəsi sahəsində 5 akt tərtib olunmuş və 5 iş üzrə 566,15 manat məbləğində iddia qaldırılmış və ödənilib. Faunanın mühafizəsi sahəsində 2 protokol tərtib olunmuş və 2 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA