Səbail rayon icra hakimiyyətinin bazçısı Asif Əsgərov hesabat verdi

img

20-10-2009 [07:38]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirmişdir ki, 2009-cu ilin doqquz ayı ərzində respublikada ümumi daxili məhsul 6,1 %, sənaye istehsalı 5,0% artmış, kənd təsərrüfatında 3,0 %-lik irəliləyiş olmuşdur və bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin parlaq nəticəsidir. 2009-cu ilin doqquz ayı ərzində respublikada görülmüş işlər barədə danışan A.Əsgərov qeyd etmişdir ki, həmin dövr ərzində Səbail rayonunun sənaye müəssisələri üzrə 271,6 milyon manatlıq məhsul istehsal edilmiş, istehlakçılara 272,9 milyon manatıq məhsul göndərilmiş və xidmətlər göstərilmişdir. Rayonda iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 269,9 milyon manat olmuş, rabitə müəssisələri tərəfindən birinci yarımillikdə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 503,9 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 % çoxdur. 2009-cu ilin yanvar-oktyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1272,9 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 322,4 milyon manat olmuşdur. Sosial sfera üzrə fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi 142,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,0 % çoxdur. İstehlak bazarında əhaliyə 337,0 milyon manatlıq istehlak malları satılmış və pulu xidmətlər göstərilmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 22,5 % artmışdır. 9 ay ərzində Səbail rayonunda çalışan işçilərin sayı 87123 nəfər, orta aylıq əmək haqqının məbləği isə 645,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 manat və ya 3,5 % çoxdur. 2009-cu ilin 9 ayı ərzində Səbail rayonunda 1592 daimi iş yeri açılmışdır. Ümumiyyətlə isə 2003-cü ilin noyabrından 2009-cu ilin sentyabrına kimi rayonda açılmış 31166 iş yerinin 30298-i daimidir. Son beş il ərzində Bakı şəhərində açılmış daimi iş yerlərinin 18,3 %-i Səbail rayonunun payına düşür və rayon Bakı şəhəri üzrə birincilər sırasındadır. Jari ilin əvvəlində əsaslı təmir və bərpa işlərindən sonra təhvil verilmiş obyektlərin siyahısına son 3 ay ərzində Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Dövlət İncəsənət Muzeyinin binası, Milli Məclisin yeni korpusu, ?Filarmoniya bağı? da əlavə olunmuş, Üz.Hacıbəyov, Puşkin, Z.Əliyeva, M.Huseyn küçələri, Parlament prospekti təmir olunaraq bura yeni müasir asfalt örtüyü çəkilmişdir. Həmin obyektlərin açılışında ölkə başçısı cənab İlham Əliyevin iştirakı respublikamızda mədəniyyət və mənəviyyat məsələlərinə, Milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət və qayğının səviyyəsini aydın göstərir. Hazırda ?Xaqani? bağında əsaslı təmir başa çatmaq üzrədir, ?Fəvvarələr bağı?nda və Nizami küçəsində əsaslı təmir və yenidənqurma işləri, həmçinin Bibiheybət qəsəbəsindən şəhərin mərkəzi istiqamətdə uzanan yeni magistral yolun çəkilişi, şəhərin qocaman təhsil müəssisələrindən olan Beynəlxalq Təhsil Kompleksinin və 132 saylı orta məktəbin binalarının təmiri davam etdirilir. Rayonda Veteran Təşkilatları Şurasının qərərgahı əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təmin olunmuş, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahında əsaslı təmirə başlanmışdır. 20-ci sahədə, Şəhid Yüzbəy Mürsəlovun xatirə güşəsi yenidən qurulmuşdur. Bibiheybət qəsəbəsi, Səlyan 32 ünvanda və qəsəbə qəbristanlığına gedən yol təmir olunaraq asfaltlanmış, Mədəniyyət evi və Xeyir-şər yeri lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Rayonda ekoloci problemlərin həlli daimi diqqət mərkəzindədir. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən Bibiheybət buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi çərçivəsində artıq 174 ha-dan çox sahə təmizlənmiş və barada ağaclar əkilmişdir. Rayon sakinlərinin içməli su ilə təminatında olan çətinliklərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. ?Azərsu? SJ tərəfindən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində Oğuz-Qəbələ rayonlarından Bakı şəhərinə çəkilən su kəməri üçün nəzərdə tutulan 4 ədəd su anbarı tikintisi işləri davam etdirilir. Avqust ayında Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış ?Abad həyət? layihəsinin icrasına başlanmış, artıq Badamdar qəsəbəsində 3 ünvanda yerləşən həyətlərdə əsaslı təmir-abadlaşdırma işləri başa çatdırılaraq həyətlərdə yeni mini futbol stadionları, istirahət guşələri, uşaqlar üçün yelləncəklər quraşdırılmış, asfalt örtüyü çəkilmişdir. Bu işlər digər həyətlərdə də davam etdiriləcəkdir. Şəhərin mərkəzində abadlaşdırılması və asfaltlaşdırılması nəzərdə tutulan 80-a yaxın həyət müəyyənləşdirilmiş, təmir zamanı həyətdəki kommunikasiya xətlərinin bərpa olunması, zibil meydaçalarının təmir olunaraq yeni konteynerlərlə təmin olunması, iri həyətlərdə söhbətgahların və oturacaqların quraşdırılması da nəzərdə tutulmuşdur. Qısa müddət ərzində 9 həyətdə işlər başa çatdırılmış, digər həyətlərin təmirinə hazırlıq aparılır. Səbail rayon İcra Hakimiyyəti Başçısının rayonun yaşayış sahələrində keçirdiyi açıq qəbullar zamanı sakinlər tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınaraq RİH tərəfindən bir neçə sosial yönümlü layihə hazırlanıb və həyata keçirilən abadlıq işləri planına salınmışdır. Artıq rayonun 20-ci yaşayış sahəsindəki veteranlar parkında, 20-ci sahədəki nəqliyyat dairəsində əsaslı təmir-abadlıq işlərinə, Badamdar qəsəbəsi, Neftçilər küçəsindəki boş sahədə yeni istirahət guşəsinin yaradılmasına, qəsəbədə ?Xeyir-şər? yerinin tikintisinə başlanmış, yaxın günlərdə YAP Səbail rayon təşkilatının yeni binasının təməlqoyma mərasimi keçiriləcəkdir. 9 ay ərzində rayon MKTB-yi tərəfindən yaşayış binalarının damında 1210 m2 ruberoid örtük dəyişdirimiş, ümumilikdə rayon üzrə 2210 m2 dam örtüyündə təmir işləri aparılmışdır. Səlyan yolunda aparılan abadlıq işləri ilə bağlı 2000 m2 divarda təmir-rəngləmə işləri aparılmışdır. 3000 m2 sahədə həyətlərə asfalt örtüyü döşənmiş, 7 ədəd məişət tullantıları konteynerləri üçün meydança əsaslı təmir olunmuş, 3 yeni meydança tikilmiş, 648 ədəd müxtəlif tutumlu yeni konteyner alınaraq meydanlara yerləşdirilmişdir. 9 ay ərzində 63800 m3 məişət tullantısı, 19580 m3 iri qabaritli tullantı daşınmışdır. Səbail rayon Enerci Satış və İstismar İdarəsi tərəfindən ilin əvvəlindən Badamdar qəsəbəsində Hərbi şəhərcik adlanan yerdə şəbəkə və 3 ədəd müxtəlif tutumlu transformator quraşdırılmışdır. Badamdar qəsəbəsində 2 ədəd və 20-ci sahədə 1 ədəd yeni transformator, 3 ədəd KTM quraşdırılmış, 1 ədəd KTM böyük tutumlusu ilə əvəz olunmuş, 3 ədəd ŞO-70 şkaf quraşdırılıb, rayon ərazisində 4030 m naqil yenisi ilə əvəz olunmuşdur. Payız-qış mövsümünə hazırlıqla bağlı rayon ərazisində 19200 metr müxtəlif kv-luq kabel və hava xətlərinin çəkilmiş. 3 transformator məntəqəsinin əsaslı təmir olunmuşdur. Rayon Su Kəməri və Qurğuları sahəsi üzrə rayon ərazisində müxtəlif diametrli 7316 p/m uzunluğunda su xətləri çəkilmiş və ya dəyişdirilmiş, 440 ədəd su axıntısı bərpa olunmuş, 3 ədəd müxtəlif tutumlu su anbarı yuyulmuşdur. ?Azərsu? SJ-ti tərəfindən 500 mm-lik əsas magistral su kəmərinin Salyan şossesində 2800 p/m-lik hissəsi dəyişdirilmişdir. Rayon Qaz İstismar İdarəsi tərəfindən Badamdar qəsəbəsinin 1-ci və 3-cü yaşayış Massivində, 1-ci Badamdar küçəsində müxtəlif ölçülü və uzunluqda qaz xəttləri çəkilib qaz kəmərləri ilə dairəvi birləşdirilmiş, MTN Mədəniyyət Mərkəzi qazlaşdırılmış, Dənizkənarı Milli Parkın ərazisindən keçən 530 mm-lik orta təzyiqli yeraltı qaz kəməri polad borularla yenidən qurulmuşdur. 2 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən bu mövsümdə işləməsi nəzərdə ttulmuş 17 qazanxananın 9-da cari, 7-də isə əsaslı təmir işləri aparılmış, Əlyazmalar İnstitutunun həyətində yeni müasir qazanxana quraşdırılmışdır. Hesabat dövrü ərzində rayon İcra Hakimiyyəti tərəfindən əlamətdar günlərə, dövlət bayramlarına həsr olunmuş tədbirlərlə yanaşı bir sıra yaddaqalan görüş və tədbirlər təşkil olunmuşdur. 2009-cu ilin ?Uşaq ili? elan olunması ilə bağlı iyul ayında rayon İcra Hakimiyyətinin layihəsi əsasında rayonun aztəminatlı ailələrindən olan şagirdlər üçün kompyuter və xarici dil kursları təşkil olunmuş, bu kurslara 90 nəfər şagird cəlb olunmuşdur. Avqust ayında isə rayonun 150 nəfərə yaxın məktəblisinin Quba rayonunun Qımıl-Qazma kəndində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü ?Şahinlər? yay istirahət düşərgəsində pulsuz istirahəti təşkil olunmuşdur. Sentyabr ayında Yerevanda keçirilən Jüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak etmiş Azərbaycan komandasının üzvləri və məşçiləri ilə RİH-də görüş keçirilmiş və idmançılar mükafatlandırılmışlar. Jari ildə RİH-nin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində növbəti tədbir həyata keçirilmişdir. Avqust ayının 7-də Heydər Əliyev Fondunun dəvəti ilə respublikamızda səfərdə olan Rumıniyanın paytaxtı Buxarest şəhərinin II sektorunun meri cənab Nekulai Ontsanunun rəhbərlik etdiyi nümayəndə heyəti rayonda qəbul edilmişdir. Bu il rayonun orta məktəblərini bitirmiş şagirdlərdən 852 nəfəri tələbə adını qazınmış, 176 nəfəri 500-dən çox, 33 nəfəri 600-dən çox, onlardan 5 nəfəri isə 650-dən çox bal toplamış, 2 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür. Prezident İlham Əliyevin sərəncamı əsa?sında keçirilən ?İlin ən yaxşı ümumtəhsil məktəbi? və ?İlin ən yaxşı müəllimi? respublika müsabiqəsində Səbail rayonunun ?İstedad? Beynəlxalq Təhsil Kompleksi, 2 saylı Texniki-humanitar elmlər liseyi, 190 və 239 saylı orta məktəbləri, həmçinin rayonun orta məktəblərinin 5 müəllimi qaliblər arasında olmuş, 5 Oktyabr ? Beynəlxalq Müəllim günü ərəfəsində isə ölkə Başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 4 nəfəri ?Əməkdar müəllim?, 1 nəfəri isə ?Tərəqqi? medalına layiq görülmüşdür. Ramazan bayramı ilə əlaqədar rayonun təsərrüfat xidmətlərinin 450 nəfər işçisinə ərzaq bağlaması təqdim olunmuş, Badamdar və Bibiheybət qəsəbələrində iftar süfrələri təşkil olunmuş, oktyabrın 2-də RİH-i tərəfindən Badamdar qəsəbəsi, ?İbrahim? şadlıq evində Beynəlxalq Ahıllar gününə həsr olunmuş tədbir keçirilərək 200 ahıla bayram sovqatı verilmişdir. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçici siyahıları dəqiqləşdirilmiş, məntəqələrin formalaşdırılması, texniki təminatı və s. məsələlər həll edilmişdir. İclasda çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında həyata keçirilən sosial-iqtisadi inkişaf Proqramını dəstəklədiklərini, əhalinin güzəranının yaxşılaşdırılması, paytaxtımızın görkəminin gündən-günə gözəlləşdirilməsi istiqamətində aparılan işlərdə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər. İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Yığıncaqda Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri, akademik Ziyad Səməd-zadə iştirak etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA