Sevil Əliyevanın yazdığı instrumental musiqi Moskva ilə Bakı arasında yaradılmız videokörpüdə

img

20-10-2009 [06:33]


Moskva ilə Bakı arasında yaradılmış videokörpü vasitəsilə Rusiya ilə Azərbaycanın birgə musiqi layihəsinə start verilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, bu videokörpüdə ilk olaraq, bəstəkar Sevil Əliyevanın yazdığı instrumental musiqi SSRİ xalq artisti Yuri Başmetin rəhbərlik etdiyi simfonik orkestrin ifasında səslənəcək. Jurnalistlərlə videokörpü vasitəsi ilə ünsiyət quran S.Əliyeva bildirib ki, musiqi artıq hazırdır və indi əsərin partiturası yazılır: ?Mən Azərbaycan musiqisi ilə böyümüşəm. Bu musiqi mənim daxilimdən gəlir. Təbii ki, yazılan bu əsərdə Azərbaycan melodiyalarından istifadə etmişəm?. S.Əliyeva musiqiyə həvəsini hiss edən valideynlərinin bu bacarığın inkişafına dəstək verdiklərini deyib: ?İlk və yeganə diskim 1987-ci ildə Müslüm Maqomayev və Radmila Karaklaiçin ifasında yazılan nəğmələrdən ibarət olub. M. Maqomayevin ölümündən sonra mahnı yazmayacağam, yalnız instrumental musiqi bəstələyəcəyəm. Müslüm Maqomayev kimi unikal ifaçı, gözəl insan heç vaxt olmayıb və olmayacaq. O, bizim ailəmizin çox yaxın dostu idi. Onun ölümü bizim üçün çox acı itkidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA