?Prokurorluq haqqında? qanuna əlavə və dəyizikliklər layihəsi qəbul olundu

img

20-10-2009 [06:03]


Milli Məclisin bu günkü iclasında ?Prokurorluq haqqında? qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, layihə ilə bağlı çıxış edən MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verib. Ə.Quliyev çıxışında bildirib ki, qanuna əlavə və dəyişiklik layihəsi prezidentin qanunvericilik təşəbbüsü əsasında MM-ə daxil olub. Qanunun 16-cı maddəsinə təklif olunan dəyişiklik barədə danışan Ə. Hüseynov deyib ki, layihəyə əsasən Azərbaycanın baş prokuroru, Azərbaycanın hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının (MR) prokuroru, Naxçıvan MR Hərbi Prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti beş ildir. Ərazi və ixtisaslaşdırılmış prokurorlar bir qayda olaraq, həmin vəzifəyə 2 dəfədən artıq təkrar təyin edilə bilməzlər. Layihədə qeyd olunan ?bir qayda olaraq? sözünə gəlincə, komitə sədri "sənədə əsasən zərurət yaransa, onlar da növbəti dəfə təyin oluna bilərlər", deyib. Layihə müzakirə olunandan sonra qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA