Bakıda yenə ara qarıza bilər

img

20-10-2009 [04:44]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən toplantısında işğalçı Ermənistanın nümayəndələrin iştirakını yolverilməz hesab etdiyini bəyan edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, QAT bu barədə bəyanat verərək, Azərbaycan hökumətini Ermənistan nümayəndələrinin bu niyyətinin reallaşdırılmasına imkan verməməyə çağıran QAT tədbirin beynəlxalq xarakteri, beynəlxalq hüquq normalarına riayət olunmasının zəruriliyi və sair ilə bağlı göstərilən ənənəvi arqumentlərlə razılaşmadıqlarını bildirib: ?Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazilərini zəbt edib və bu gün də işğal altında saxlayır, beynəlxalq təşkilatların bu günə qədər qəbul olunmuş qərarlarına məhəl qoymur. Belə bir ölkənin qarşısında beynəlxalq öhdəliyin yerinə yetirilməsinin heç bir məntiqi yoxdur?. QAT-ın bəyanatında işğalçı Ermənistanın hər hansı nümayəndəsinin Bakıya səfərinin qarşısının alınmalı olduğunu, Ermənistanın beynəlxalq və regional tədbirlərdən öz iyrənc təbliğatı üçün istifadə etməsi cəhdlərinə son qoyulmasının vacibliyi vurğulanıb. Qurum üzvləri sözügedən tədbirə Türkiyənin xarici işlər nazirinin də qatılmasına etiraz edir: ?Biz bu şəxsi Azərbaycan üçün arzuolunmaz şəxs elan etmişik. O, Azərbaycan və Türkiyənin maraqlarına ağır zərbə vuran, düşmənçilik toxumu səpən rüsvayçı bir layihənin rəhbərlərindən biridir. Biz istəməzdik ki, Türkiyənin xarici işlər naziri postunu tutan bir şəxs erməni nümayəndəsi ilə eyni vaxtda bizim etiraz hədəfimizə çevrilsin. Ona görə də Türkiyə hökumətini onu bu səfərə göndərməməyə çağırırıq?. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Türkiyə Ermənistanla protokolları imzalamaqla Azərbaycanın maraqlarına ağır zərbə vurub və xəyanət edib. QAT bununla bağlı olaraq Türkiyə prezidenti Abdulla Gül, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunu Azərbaycan üçün arzuolunmaz şəxslər elan etmişdi və bundan sonra onların hər hansı birinin Azərbaycana səfərinin ciddi etirazlara səbəb olacağını bəyanlamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA