Müsavatçı deputatlar bayraqlar haqqında qanuna dəyiziklik istəyir

img

20-10-2009 [04:05]


?Hazırda yaranmış vəziyyət, Türkiyə-Ermənistan prtokollarının imzalanmasından sonrakı situasiya Azərbaycanın təklənməsinə gətirib çıxara bilər. Bu da Azərbaycanın xarici siyasətini zərbə altına qoyar?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikri ?Müsavat? deputat qrupunun üzvü Pənah Hüseyn səsləndirib. Onun sözlərinə görə, hökumət bunun qarşısını almalı və buna cavab verməlidir. Türkiyə bayraqlarının Azərbaycanda, konkret olaraq, Şəhidlər xiyabanından yığışdırılmasına münasibət bildirən Pənah Hüseyn dedi ki, ?Müsavat?çı deputatlar bu məsələdən çox narahatdır: ?Hesab edirik ki, bunu edəndər Azərbaycanı provakasiyaya çəkirlər və məsələni düzgün çatdırmırlar. Həmçinin, burada açıq-aydın təxribatçı məqsəd güdülür?. Bayraqlarının yığışdırılmasının qanunla tənzimlənməsi fikrinə aydınlıq gətirən millət vəkili bunu bəhanə adlandırdı və bildirdi ki, ?Müsavat?çı deputatlar bundan çıxış yolu tapıblar: ?Biz vaxt itirmədən qanunvericilik təşəbbüsü ilə çıxış edib qanun layihəsi hazırladıq. ?Xarici ölkələrin və beynəlxalq təşkilatların bayraqlarından istifadə qaydaları haqqında? qanuna 5.4-cü maddənin edilməsini təklif edirik. Artıq biz bu gün layihəsini Milli Məclis Aparatına təqdim etmişik. Sənəd qeydiyyata alındı. Həmin qanun layihəsində qeyd olunur ki, xarici ölkələrin bayraqları qanunun müəyyən etdiyi yerlərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdə də asıla bilər. Müvafiq icra hakimiyyəti dedikdə prezident, icra hakimiyyəti başçıları, Nazirlər Kabineti və digər dövlət qurumları nəzərdə tutulur. Hesab edirəm ki, bu dəyişikliyi tezliklə qəbul edib Şəhidlər xiyabanında yaranmış vəziyyəti aradan qaldırmalıyıq. Türkiyənin Xarici İşlər Nazirliyindən dünən çox ağır sözlər deyilib Bakıdakı türk bayraqları haqqında. Biz bundan nəticə çıxarmalıyıq. Türk bayrağı hər bir azərbaycanlının qəlbindədir?. Pənah Hüseyn hesab edir ki, onların təklif etdiyi qanun layihəsi ciddi şəkildə müzakirə olunacaq və bu sənəd, mütləq qəbul edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA