Sabahdan Bakıda beynəlxalq əhəmiyyətli sərgiyə start veriləcək

img

20-10-2009 [02:39]


Bu gün 15-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, 7-ci Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi ilə əlaqədar mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?İtesa? Kaspian şirkətinin nümayəndəsi Mehriban Baxşıyeva açaraq, tədbirdə iştirak edən nümayəndələrlə bağlı məlumat verib. Tədbirdə ?İtesa? Kaspian şirkətinin direktor müavini Bəhruz Hidayətzadə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarəti Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocayev, ?İTE Group? şirkətinin aparıcı layihə meneceri Kamran Mehdiyev və ?İtesa? Kaspian şirkətinin Sərgi meneceri Yana Sapunova iştirak edirdilər. Tədbirdə çıxış edən ?İtesa? Kaspian şirkətinin direktor müavini Bəhruz Hidayətzadə deyib ki, sabah 15-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi,7-ci Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisinin təşkil olunması çox sevindrici haldır: ?Bu tarix sərginin təqvimində xüsusi yer tutur, belə ki, bu il ?BakuBuild? sərgisi öz 15 illik yubileyini qeyd edəcək. 15 il ərzində ?BakuBuild? sərgisi 35 ölkədən 1600-dən çox şirkəti qəbul edib. Layihənin əhəmiyyəti, sərgidə yeni tərəfdaşlar tapmaqla hər il öz əməkdaşlığını davam etdirən şirkətlər tərəfindən bir daha təsdiq edilir. Gələn il bu sərgi yeni bir pavlionda keçiriləcək. Bu sərginin keçirilməsində bizə dəstək olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyininə, Şəhərsalma və Arxitektura Komitəsinə, Ticarət və Sənaye Palatasına, Azərbaycan Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyasına və Memarlar İttifaqına təşəkkürümü bildirmək istəyirəm?. B.Hidayətzadə bildirib ki, bu ilki sərgi dünyanın 27 ölkəsinin 270 şirkətini öz meydançasına toplayıb. İştirakçıların 30 faizini yerli şirkətlər təşkil edir. Xarici debütantların arasında Səudiyyə Ərəbistanı, Niderland Krallığı və Rumıniyanı qeyd etmək olar: ?İlk dəfə olraq sərgidə İran və Litva ölkələri öz Milli stentlərini təqdim edirlər. Ümumi sərgi ərazisinin 10 faizini naxış-bəzək və üzlük materialları təşkil edir. Bu il sərgidə ?Heat and Vent?- İstilik və Ventilyasiya sektoru aktiv şəkildə təqdim olunur. Sərgidə ilk dəfə olaraq, aparıcı Amerika istehsalçıları tərəfindən istehsal edilən inşaat texnikası da nümayiş etdiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA