Ziyafət Əsgərov: ?Ermənistanın xarici izlər nazirinə ?imzala, get!? deməyi bacarırlarsa, ?Qozunlarını Qarabağdan çək!? deyə də bilərlər?

img

20-10-2009 [02:17]


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Z.Əsgərov deyib ki, həmsədrlər 18 ildir ki, gəlib-gedir, amma ortada heç bir şey yoxdur. Bu dövlətlərin dördlü standartlarla işlədiklərini vurğulayan vitse-spiker böyük gücləri ədalətli mövqe tutmağa çağırıb: ?Onların davranışları tərbiyəli, beynəlxalq hüquqa hörmətə söykənməlidir. Biz də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təzyiq etməliyik. Həmsədrlər istəsələr Ermənistana asanlıqla təzyiq edə bilərlər. İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokollar imzalanarkən, Klintondan tutmuş böyük güclərin dövlət rəsmiləri iştirak edirdilər və bu protokolların imzalanması üçün təkid göstərirdilər. Həmin protokolların imzalanması zamanı baş verənlər göstərdi ki, həmsədrlər istəsələr, Ermənistana təzyiq edə bilərlər. Əgər Ermənistanın xarici işlər nazirinə ?İmzala, get!? deməyi bacarırlarsa, deməli, ?Qoşunlarını Qarabağdan çək!? deyə də bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA