Bələdiyyə seçkilərində iztirak edəcək 3545 nəfərin namizədliyi təsdiqlənib

img

20-10-2009 [12:23]


Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı 3545 nəfərin namizədliyi təsdiq edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 3430 nəfər artıq imza toplama kampaniyasına başlayıb. Həmin namizədlər 93 seçki dairəsindən 695 bələdiyyəyə üzrə təsdiq olunublar. Onların 494 nəfəri qadındır. Mətbuat xidmətinin məlumatına görə, namizədliyi təsdiq edilən şəxslərin 1715 nəfəri namizədliyi özü irəli sürüb. Seçicilərin təşəbbüs qrupu tərəfindən 28, Yeni Azərbaycan Partiyası tərəfindən 1138, Ümid Partiyası tərəfindən 139, Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 14, Liberal Demokrat Partiyası tərəfindən 2, Böyük Quruluş Partiyası tərəfindən 4 , Vətəndaş Birliyi, Ana Vətən və Sosial Demokrat partiyalarının hər birindən 1 namizəd irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA