Ilham Əliyev isveçrə səfəri çərçivəsində dövlət və hökumət nümayəndələri ilə görüzüb

img

19-10-2009 [06:50]


İsveçrə səfərində olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Berndə rəsmən qarşılanıb. Azərbaycanın və İsveçrənin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısını İsveçrə prezidenti Hans-Rudolf Merts salamlayıb. Dövlət və hökumət nümayəndələri tərəflərə təqdim olunub. Daha sonra İlham Əliyev İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Alain Bersetlə görüşüb. Azərbaycanla əlaqələrin əhəmiyyətinə toxunan Alain Berset deyib ki, İsveçrə parlamentində Azərbaycan üzrə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Parlamentlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayan Alain Berset hökumətlərarası və dövlətlərarası münasibətlərin də inkişaf etdiyini bildirib. İlham Əliyev deyib ki, iki ölkənin əlaqələri çoxşaxəlidir və müxtəlif sahələr üzrə irəliləyişlər var: ?Azərbaycan Milli Məclisində də İsveçrə üzrə dostluq qrupu fəaliyyət göstərir və ölkəmiz parlamentlərarası əlaqələrə böyük əhəmiyyət verir. Hökumətlərarası münasibətlər yaxşı səviyyədədir. Keçən il İsveçrə prezidentinin Azərbaycana, indi isə Azərbaycan prezidentinin İsveçrəyə səfəri əlaqələrimizi daha da möhkəmləndirir. Son illərdə münasibətlərimizin inkişafında sürətli dinamika var. Bu da hər iki tərəfin maraqlarına cavab verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA