TQDK prokurorluq orqanlarında izləmək istəyən namizədlər üçün test imtahanı keçirir

img

19-10-2009 [05:42]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə TQDK mətbuat xidmtindən məlumat daxil olub. Məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunda 80 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 545 nəfərin namizədliyi qeydə alınmışdır. İmtahan 2009-cu il oktyabrın 27-də saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) başlanır. İşə qəbulla bağlı ərizə qəbulu Azərbaycan Respublikası Prokurorluğu tərəfindən aparılıb. Namizədlər ?İmtahana buraxılış vərəqəsi? və Yaddaş kitabçası"nı oktyabrın 22-24-də saat 9.15-dən 18.00-dək Baş Prokurorluğun inzibati binasındakı qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə ala bilərlər. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə çap olunmuş test toplusunu oktyabrın 20-dən etibarən Komissiyasının inzibati binasından (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi,17) almaq olar. Test imtahanı 3 saat davam edir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA