Qadınlar ehtiyatlı olun: satızda yararsız kosmetik vasitələr var

img

19-10-2009 [05:14]


Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ?Koroğlu? MMC-yə məxsus anbarda, Nizami rayonunda Musa Hüseynova məxsus mağazalarda, ?Nurlan market?də, Gəncə şəhərində Aqil Əliyevə və Elmar Mövlayevə məxsus ərzaq malları mağazalarında saxlanma müdəti ötmüş ərzaq məhsulları aşkarlanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı aşkarlanmış məhsulların ümumi çəkisi 340 kiloqramdan çox olub. Ərzaq və qeyri-ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, kosmetik vasitələr və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Qeyd edək ki, ümumiyyətlə, may ayının 17-dən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 51 hüquqi şəxsə 194,6 min manat, 503 fiziki şəxsə 751,3 min manat cərimə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA