Həyəcan təbili; alkoqol içkilər ölüm mənbəyinə çevrilir!

img

19-10-2009 [04:10]


Son günlər alkoqol içiklərdən zəhərlənmə halları artıb. Hətta bəzən zəhərlənmə ölümlə də nəticələnir. 17-18 oktyabrda da bu məhsuldan zəhərlənmə halları qeydə alınıb. Belə ki, Kliniki Toksikologiya Şöbəsinə alkoqoldan zəhərlənmə dioqnozu ilə 3 xəstə gətirilib. Kliniki Toksikologiya Şöbəsinin rəhbəri Azər Maqsudov Müstəqil İnformasiya Agentliyinə ki, gətirilən xəstələrin biri Yasamal, biri Nizami, digəri isə Xətai rayon sakinləridir. Son vaxtlar alkoqoldan zəhərlənmə hallarının artmasını əsas götürən Müstəqil İnformasiya Agentliyinin əməkdaşı Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. F.Talıblı bildirib ki, Azərbaycana idxal və istehsal olunan ərzaq məhsulları və alkoqollu içkilər Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzarətindədir.. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 1993-cü ildə 343 saylı qərarına əsasən Azərbaycanda istehsal və idxal olunan məhsullar müəyyənləşməli və sertifikatlaşmalıdır: ?Alkoqollu içkilər daha ciddi məhsuliyyət və nəzarət tələb edən sahə oluduğuna görə, bizim komitənin əməkdaşları tərəfindən yoxlanılır və hətta Azərbaycanda istehsal olunan alkoqollu içkilərin müəssisələrində komitənin növbətçi postları qurulub. Növbə ilə həmin məhsullar sınaqdan keçirirlər. Amma Azərbaycanda sertifikatlaşmadan yayınan, qaçaq yolla və gizli fəaliyyət göstərən sexlər də az deyil. Məhz bizim apardığımız monitorinqlər nəticəsində bir neçə müəssisədə və topdansatış obyektlərində belə qayda pozuntuları aşkarlanıb və İnzibatı Xətalar Məcəlləsinə uyğun olaraq, cərimə sanksiyaları, məhsul istehsalı və idxalına qarşısının alınması üçün tələbnamə verilib. Buna baxmayaraq, müxtəlif yollarla bazara yol açmış sertifikatdan uzaq, keyfiyyətisiz, mənşəyi məlum olmayan alkoqollu içkilər mövcuddur?. F.Talıblı qeyd edib ki, sertifikat bir növ məhsulun keyfiyyətinə zəmanət sənədidir: ?Ona görə də istehlakçılar hər hansı məhsulu alarkən, mütləq sertifikat tələb etsinlər. Hər hansı bir məhsul bazara çıxırsa, mütləq sertifikatlaşıb, sonra bazara çıxmalıdır. Bizim komitə çox çətinliklə həmin saxta, qaçaqmalçılıq yolu ilə idxal olunan alkoqollu içkilərin yerini müəyyənləşdirir. Əksər hallarda isə bəzi müəssisələrin ünvanları bilərəkdən səhv göstərilir?. F.Talıblı şadlıq saraylarında da monitorinqlərin aparıldığını bildirib: ?Son monitorinqlər avqust ayında olub. Şadlıq evlərində monitorinqlər aparılır və bu cür saxta, məşhur brendlərin adlarından istifadə edərək, saxta alkoqollu içkilər idxal edən 3 şadlıq sarayı aşkarlanıb. Cari işləri gedir. Bunun qarşısını almaq üçün mütəmadi olaraq, bizim Komitə tərəfindən monitorinqlər aparılır. Biz çox istəyirik ki, bu cür saxta yollarla idxal olunan həmin məhsulların qarşısı alsın. Amma alıcılardan da çox şey aslıdır. Alıcı da aldığı məhsulun keyfiyyətinə mütləq zəmanət sertifikatı tələb etməlidir?. Müstəqil İnformasiya Agentliyinin müraciət etdiyi digər şəxs, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyib ki, Azərbaycan vətəndaşları bilməlidirlər ki, alkoqollu içkilərin saxlanma müddəti 1 ildən artıq deyil: ?Konyakların saxlanma müddəti 3 ildən, şərabların saxlanma müddəti isə 6 aydan artıq deyil. Bu gün bizim apardığımız monitorinqlərin nəticəsi isə göstərir ki, Azərbaycanın əmtəə bazarında satılan alkoqollu içkilərin 85 faizinin vaxtı keçib, tərkibində ağır və təhlükəli metallar əmələ gəlib. Çünki onların üzərində buraxılan və son yararlılıq müddəti yazılmır. Bakı ətrafında bəzi şərab zavodları var ki, şərabları çox estetik qablara doldururlar, hətta bəzən Fransız şərabı adı altında saxta şərablar satırlar?. AİB sədri deyib ki, Azərbaycanın alkoqol bazarı çox acınacaqlı vəziyyətdədir və bu da istehlakçıların zəhərlənməsinə səbəb olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA