Qarabağ Forumunda iqtidarın istefası tələbi də səsləndi

img

19-10-2009 [04:07]


Bu gün Demokratiya Uğrunda İttifaq Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında növbəti Qarabağ Forumunu keçirib. Tədbirdə Ümid, Müsavat və AXCP istisna olmaqla, bir çox siyasi və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azadlıq Partiyasının sədri Əhməd Oruc rəsmi Bakının Qarabağ danışıqlarında birmənalı siyasət yürüdə bilməməkdə suçlayıb. Onun sözlərinə görə, mövcud hakimiyyətin düzgün olmayan siyasəti nəticəsində, artıq Türkiyə-Ermənsitan sərhədələri açılır: ?Azərbaycanın böyük ərazisini işğal etmiş təcavüzkar Ermənistan dövləti ilə qardaş Türkiyənin dostluq, əməkdaşlıq münasibətləri bizimlə qardaşlıq prinsipləri ilə bir araya sığmır. Biz, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından narahatıt və bu açılımın təcavüzün qarşısının alınmasında əks-effekt vericəyini düşünürük. Hamımız Azərbaycan hakimiyyətini heç bir əsası olmayan, yalan bəyanatlarla xalqı aldatmağı dayandırmağa, problemin həlli ilə bağlı milli proqramın hazırlanması və həyata keçirilməsi istiqamətində fəaliyyətə başlamağa dəvət edirik. Əks təqdirdə, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ üzərində hakimiyyətin bərpası istiqamətində əməli fəaliyyətə malik olmayan və ya xarici dövlətlərdən asılı vəziyyətə düşmüş Azərbaycan hakimiyyətini istefa verməyə çağırırıq?. Tədbirin digər iştirakçısı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə Ermənistanla Türkiyə arasında olan sərhədlərin və yaxınlaşmanın gündəmdə olduğunu dilə gətirərək, bu məsələyə bütün dünyanın dəstəyinin olduğunu bildirib: ?Heç kimə sirr deyil ki, vəziyyət bizim xeyrimizə deyil. Açıq-aşkar hiss olunur ki, xalqımızda zeyli ümidsizlik mövcuddur. İqtidar isə rahat şəkildə oturaraq, cəmiyyəti sıxmaqla məşğuldur. Bundan əlavə, Türkiyə bizə qardaş ölkədir, amma başqa ölkədir. Axı, biz Türkiyəni niyə qınamalıyıq? Azərbaycan nə vaxt cəhd edib öz torpağını geri qaytarmağa? Ona görə də bu məsələdə Türkiyəni qınamaq ədalətsizlikdir, çünki problem özümüzdədir. Bu hakimiyyət bir daha sübut etdi ki, milli deyil. Biz bu məsələdə vahid mövqedən çıxış etməliyik?. Millət vəkili Pənah Hüseyn isə Madrid prinsiplərinin Azərbaycanı daha çıxılmaz vəziyyətə saldığını nəzərə çatdırıb. Onun qənaətincə, Ermənistan-Türkiyə məsələsi dünyanı ifadə edən məsələdir: ?Biz AKP-ni özümüzdən niyə incik salmalıyıq? Niyə Türkiyədə Azərbaycanın maraqları uğrunda çalışan qüvvələri zəiflətməliyik? Nəzərinizə çatdırım ki, 1993-cü ildə Gəncənin işğaldan qarşısını məhz Türkiyə aldı. Çünki o vaxt Gəncə də Ermənistanın planında idi. Lakin təkcə Türkiyə onun bu planının qarşısını aldı. AKP gəldi gedərdi. Bundan sonra çox partiyalar hakimiyyətə gəlib gedə bilərlər. Ancaq xalqları bir-birlərindən incik salmamlıyıq. Biz həmişə Türkiyə diplomatiyasının Qarabağ məsələsində müstəsna rolunu qeyd etməliyik. Sadəcə olaraq, biz öz işimizi və prinsiplərmizi düzgün şəkildə ortaya qoymalıyıq. Mənə elə gəlir, anti-türk siyasət yürütməkdə məqsəd ondan ibarətdir ki, gələcəkdə Dağlıq Qarabağın itirilməsi ilə bağlı məsələ ortaya çıxanda hakimiyyətin bəhanəsi olsun ki, bizi hamı satdı. Bu gün Azərbaycanda anti-türk qüvvələr daha çoxluq təşkil edir?. AMİP-in mətbuat katibi Əli Orucovun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllini gözləmək sadəlövhlükdür: ?Dağlıq Qarabağ problemini xalqın iradəsinə buraxmaq lazımdır. Bizim Türkiyə və digər ölkələrədən də nəsə ummağımız düzgün deyil. Hesab edirəm ki, mövcud hakimiyyət müxalifətlə birgə görüşüb problemdən çıxış yollarını axtarmalıdır?. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə Dağlıq Qarabağ məsələsində bütün partiyaların bir araya gəlməməsinə təəssüfləndiyini bildirib: ?Heç olmasa, eyni mövqedən çıxış edən təşkilatlar bir araya gəlməlidir. Türkiyədə AKP-nin apardığı siyasət Azərbaycanın maraqlarına uyğun gəlmir. Təəssüflər olsun ki, artıq Türkiyəni cəmiyyətə düşmən dövlət kimi qələmə verənlər çoxluq təşkil edirlər. Biz elə bir siyasət yürütməliyik ki, rəsmi Ankaranı səhv yoldan daşındıraq?. Sonda isə qəbul edilmiş bəyanatın surəti Forum iştirakçılarına paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA