DiN Şəmkirdə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

img

19-10-2009 [02:47]


Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dünən saat 16.00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində Tovuz rayon sakini Ayaz Məmmədov ?VAZ-21074? markalı avtomaşını idarə edərkən kənd sakinləri Şahin Mustafayevi, Ələddin Həsənovu və Anar Hüseynovu vurub. Nəticəddə Ə.Həsənov və A.Hüseynov hadisə yerində ölüb, xəsarət alan Ş.Mustafayev isə xəstəxanaya yerləşdirilib. Bundan sonra bir qrup şəxs çağırışla hadisə yerinə gəlib, hadisə yerini mühafizə edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları, polis serjantları Rəşad Allahverdiyevi, Emin Mehdiyevi, Vidadi Hüseynlini döyüb, habelə hadisə yerinə gələn rayon Polis Şöbəsinin əməkdaşları, polis polkovnik-leytenantı Məhəmməd Həsənova, polis serjantları Azər Vəliyevə və Xəyal Dostuyevə qarşı müqavimət göstərib, 2 ədəd xidməti ?BMV? markalı avtomaşınları isə aşırıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şəmkir rayon sakinləri Nofəl Askanov, Elşən Nəcəfov, Samir Sadıqov, Vüqar Həsənov, Ağasəf Hüseynov, Ruslan Hüseynov, Fərrux Həbibli və Alı İslamzadə tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA