Deputatlar Milli Məclisin sabahkı iclasında 16 məsələni müzakirə edəcək

img

19-10-2009 [02:33]


Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. İclasında deputatlar ?Prokurorluq haqqında?, ?Prokurorluq orqanlarında qulluq keçmə haqqında? və ?Əmək pensiyaları haqqında?, ?Daxili qoşunların statusu haqqında? qanunlara əlavə və dəyişikliklər edilməsi məsələsinə, ?Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə? yeni qanun layihəsinə baxacaqlar. Bundan başqa, Milli Məclisin iyunun 30-da qəbul etdiyi ?Sahibkarlıq fəaliyyəti haqqında? qanuna əlavə edilməsi barədə? qanuna prezident İlham Əliyevin etirazları müzakirə olunacaq. İclasın gündəliyində ?Dövlət rüsumu haqqında? qanuna dəyişikliklər və əlavələr edilməsi barədə? 2008-ci il dekabrın 30-da qəbul edilmiş qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, əhalinin sağlamlığının qorunması məqsədilə bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi məsələləri var. Deputatlar Şəmkir rayonunda Əliyaqublu kənd inzibati ərazi dairəsinin yaradılmasına, ?Patent haqqında? qanuna dəyişikliklər və əlavələr edilməsinə, ?Məhkəmə qərarlarının icrası haqqında? qanuna dəyişiklik edilməsinə, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə, ?Fitosanitar nəzarəti haqqında?, ?Atçılıq haqqında? qanuna əlavə və dəyişiklik edilməsinə də baxacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA