15 ölkənin ən fəal gəncləri Bakıda görüzür

img

19-10-2009 [01:45]


Bu gün Bakı və Gəncə şəhərlərində ?Azərbaycanda Gənclər işinin reallığı? mövzusunda beynəlxalq konfrans başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Avropa Şurasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ?Salto Youth Resurs Mərkəzi?nin təşkil etdiyi tədbir oktyabrın 25-dək davam edəcək. Konfransda Avropa birliyinə üzv 15 ölkənin o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin ?Gənclər fəaliyyətdə? proqramı üzrə Milli agentliklərinin rəsmi nümayəndələri, Avropanın ən fəal gənclər təşkilatlarının təmsilçiləri iştirak edir. Tədbirin əsas məqsədi Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış olmaq, ?Gənclər fəaliyyətdə? və ?Şərq tərəfdaşlığı? proqramı üzrə Azərbaycanda və Avropanın digər ölkələrində həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə etməkdir. Xatırladaq ki, ?Gənclər fəaliyyətdə? proqramı Avropa İttifaqının 2007-2013-cü illəri əhatə edən rəsmi gənclər proqramıdır. Proqram çərçivəsində Azərbaycan gəncləri həm ölkə daxili, həm də ölkə xarici layihələr həyata keçirir, hətta müxtəlif ölkələrdə layihələrin təşkilatçısı ola bilər. 5 bölümdən ibarət olan proqrama könüllülərin cəlb olunması, gənclərin layihələrinin maliyyələşdirilməsi, təlimlərin keçirilməsi, yeni əməkdaşlıqların inkişaf imkanları daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA