Misir Mərdanov: ?Məktəblərin istilik sistemlərinin izlənilməsi keçən ilkindən yaxzı olacaq?

img

19-10-2009 [12:41]


?Azərbaycan Respublikasının Təhsil Nazirliyi dərs vasəitləri ilə bağlı son illərdə çox ciddi addımlar atıb. Artıq 2 ildir ki, dərs vəsaitləri yeni tərtibatda dərc edilir. Yeni dərsliklər Dərsliklərin Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çapa verilir. Dərsliklərin Qiymətləndirmə Şurası dərsliklərin qiymətləndirilməsinə, müəllimlərin dərs vəsaitlərinə və şagirdlər üçün iş təsərrüfatına bir başa nəzarət edir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib: ?Bu istiqamətdə mətbuatda, ictimaiyyətdə çox ciddi müzakirələr gedir. Bütün müzakirələrlə Təhsil Nazirliyi yaxından tanış olur. Nazirliyin keçirdiyi layihə çərçivəsində əvvəlcədən nəzərdə tutulmuşdu ki, dərslik siyasətində yenilik həyata keçirəndən bir il sonra bunun monitorinqini aparaq. Monitorinqi keçirməyimizə səbəb valideynlərin, şagirdlərin, cəmiyyətin və müəllimlərin, eləcə də bu dərslikdən yararlanan insanların Təhsil Nazirliyinin yürütdüyü siyasətə münasibətini öyrənməkdir?. M.Mərdanovun sözlərinə görə, 2-ci kredit sazişi layihəsi çərçivəsində Təhsil Naizirliyi ?Siqma? şirkəti ilə müqavilə imzalayıb, həmin şirkətin sərbəst ekspertləri, ayrı-ayrı qruplardan seçilmiş respondentlər arasında sorğu aparılıb. Sorğunun nəticələri bundan ibarətdir ki, 1-ci sinif dərslikləri ilə bağlı müsbət və tənqidi məqamlar və gələcək üçün arzular, istəklər var. M.Mərdanov fikrincə, Təhsil Nazirliyi məktəblərdə qışa hazırlığına görə də monitorinq aparıb: ?Monitorinqin nəticələrini yəqin ki, noyabr ayında ictimaiyyətin nəzərinə çatdıracayıq. Hələ ilin əvvəlindən məktəblərin istilik sistemlərinin qaydaya salınması, bərpası və qazlaşdırılması ilə bağlı çox ciddi işlər aparılıb. Dövlətin məktəblərin bərpası üçün ayırdığı vəsait nəticəsində 120 məktəbin istilik sistemini bərpa edilib. Yeni tikilən, əsaslı təmir olunan məktəblərin istilik sistemləri qaydaya salınıb və bütövlükdə mən məsuliyyətlə söyləyə bilərəm ki, bu il məktəblərin istilik sistemlərinin işlənilməsi keçən ilkindən yaxşı olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA