QAT Türkiyə Böyük Millət Məclisini protokolları rədd etməyə çağırıb

img

19-10-2009 [11:51]


Qarabağ Azadlıq Təşkilatı (QAT) və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. QAT mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu həmsədrlərinin təklif etdiyi Madrid prinsipləri və Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar müzakirə edilib. Toplantıda bəyanat da qəbul edilib. Bəyanatda bildirilir ki, Türkiyə iqtidarının Ermənistanla sərhədləri açmayacağı barədə verdiyi bəyanatlara inanmaq üçün heç bir əsas yoxdur. QAT hesab edir ki, protokolların imzalanması Türkiyə və Azərbaycanın maraqlarına zidd olan prosesin başlanğıcıdır: "Yaranmış vəziyyətdən yeganə çıxış yolu Türkiyə Böyük Millət Məclisinin üzvlərinin protokolları parlamentdə müzakirəyə qəbul etmədən dərhal rədd etməsidir. İclasda həmçinin, Azərbaycanın birmənalı şəkildə Madrid prinsiplərindən imtina etməsi vacib hesab olunub. QAT üzvləri hesab edirlər ki, Dağlıq Qarabağda referendum, bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi və müvəqqəti statusla bağlı məsələlər danışıqlardan çıxarılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA