Polis Dərnəgül qəsəbəsindəki "Qaçqın bazarı"nı dağıtdı

img

16-10-2009 [04:57]


Bu gün Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsindəki "Qaçqın bazarı" kimi tanınan ticarət mərkəzi dağıdılıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təxminən 2 saat əvvəl həmin əraziyə ağır texnika gətirilərək, bazardakı xırda ticarət obyektləri, piştaxtalar dağıdılıb. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunub. Bazarın dağıdılmasına etiraz edən ticarətçilərlə polis arasında xırda insidentlər yaransa da, bazarın köçürülməsi təxirə salınmayıb. Hazırda da bazarda söküntü işləri davam edir. Qeyd edək ki, əsasən Füzuli və Ağdam rayonundan olan məcburi köçkünlərin ticarətlə məşğul olduğu bazarın bir neçə dəfə bağlanacağı bildirilsə də, ticarətçilərin etirazından sonra bu həyata keçirilməmişdi. Bazarda təxminən 1000-ə yaxın məcburi köçkünün ticarətlə məşğul olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA