Şəhidlər Xiyabanındakı türk bayraqlarının yığızdırılması narazılıq yaradıb

img

16-10-2009 [04:46]


Müsavat Partiyası Şəhidlər Xiyabanındakı türk bayraqlarının yığışdırılmasına etiraz edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat hakimiyyətin bu addımını nəinki Türkiyə hökumətinə, bütövlükdə türk xalqına yönəlmiş həqarət sayır. ?Siyasi münasibətlərdə yaranmış hər hansı gərginliyə görə belə münasibət sərgiləmək təkcə qərəzli mqnasibət əlaməti yox, həm də siyasi naşılıqdır. Nəzərə alsaq ki, həmin Şəhidlər Xiyabanında Azərbaycan və Qarabağ uğrunda şəhid olan Azərbaycan oğulları ilə yanaşı ölkəmizin müstəqilliyi və azadlığı yolunda canlarını qurban vermiş türk əsgərləri də uyuyur, onda bu hərəkətin adı etik normalara da uyğun gəlmədiyi bəlli olar?- deyə bəyanatda qeyd olunur. Müsavat Partiyası hakimiyyətin zahirən cılız və bayağı görünən, mahiyyət etibarilə iki xalq arasında düşmənçilik toxumu səpmək anlamına gələn bu addımını qətiyyətlə pisləyir və bayraqların öz yerindən asılmasını tələb edir. ?Qəhrəman türk əsgərinin uyuduğu məkanda türk bayrağının dalğalanmaq haqqı var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA