Müsavat ümid Partiyası ilə əməkdazlığa son qoydu; hakimiyyətlə əməkdazlıq edən partiya ilə bir yerdə olmaq mümkün deyil

img

16-10-2009 [04:44]


?Ümid Partiyası adından seçki komissiyalarında olan üzvlərin əksəriyyəti 2008-ci il Prezident seçkilərində və 2009-cu ildə keçirilən Referendumda seçki saxtakarlıqlarına qarşı çıxmamış, seçki saxtakarlıqları barədə faktların toplanması və ictimailəşdirilməsi istiqamətində fəallıq göstərməmiş, əksinə, bir çox seçki komissiyalarında saxtakarlığa göz yummuş, saxtakarlığa yol verən komissiya üzvləri ilə əməkdaşlıq etmişlər. Ümid Partiyası adından seçki komissiyalarında təmsil olunan şəxslərin əksəriyyəti saxta protokollara imza atmışlar?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Müsavat Partiyasının Ümid Partiyası tərəfindən onlara qarşı ünvanlanmış ittihamlarına cavab olaraq, yaydığı bəyanatda yer alıb. Bəyanatda qeyd olunur ki, son dövrlərdə Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə əməkdaşlığı, bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının və YAP yerli təşkilatları rəhbərlərinin əlaltısı kimi fəaliyyət göstərməsi barədə məlumatlar artıb: ?Seçki komissiyalarının paritet əsaslarla formalaşması zərurətinə diqqəti bir daha cəlb etmək, eyni zamanda Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə işbirliyi haqda yayılan məlumatlara aydınlıq gətirilməsini zəruri sayan Müsavat Partiyası Ümid Partiyasına seçki komissiyalarında iştirakdan imtina etmək barədə qərar qəbul etməyi təklif etmişdir. Bu həm də Ümid Partiyasının demokratik dəyərlərə nə qədər sadiq olduğunu, demokratik qüvvələrin mənafelərini nəzərə aldığını müəyyənləşdirmək üçün bir test idi. Təəssüflə qeyd etmək lazımdır ki, Ümid Partiyası Müsavat Partiyasının xoşməramlı təklifinə adekvat reaksiya verməmiş, müxtəlif qeyri-ciddi, əks təkliflər və bəhanələrlə təklifi qəbul etməkdən yayınmışdır?. Müsavat Partiyası qeyd edilənləri və hakimiyyət dairələri ilə Ümid Partiyası strukturları arasında iş birliyi ilə bağlı məlumatların son dövrlər daha da artdığını nəzərə alaraq, bu partiya ilə əməkdaşlıq münasibətlərinin bundan sonra davam etdirilməsinin qeyri-mümkün olduğunu bəyan edir. Bəanatda o da qeyd olunur ki, Müsavat Partiyası Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan digər təşkilatlarla (AXCP, ALP, ADP, VİP) əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, siyasi və ya seçki blokları yaradılması üçün müzakirələr aparmağa hazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA