Azərbaycan QHT-ləri Türkiyə ictimaiyyətinə müraciət etdi

img

16-10-2009 [04:12]


Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət təşkilatları bu gün Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətə səbəb 10 oktyabrda İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında məlum protokoların imzalanmasıdır. Müraciətdə Azərbaycanın bir hissəsini işğal etmiş Ermənistanla Türkiyənin normal münasibətlər qurması Dağlıq Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsinə maneə kimi qiymətləndirilir. Bu səbəbdən də QHT rəhbərlərinin haqlı narahatlıqları Türkiyə ictimaiyyətini də düşündürməlidir. Bu səbəbdən də QHT-lərin müracətində deyilir: ?Sizə məlumdur ki, 21 oktyabr 2009-cu il tarixdə Türkiyə Böyük Millət Məclisində Türkiyə ilə Ermənistan arasında məlum sazişin müzakirəsi nəzərdə tutulur. Buna görə də Sizi - xalqlarımızın haqlı mövqeyini həmişə dəstəkləmiş türk ictimaiyyətini,- Türkiyənin qeyri-hökümət təşkilatlarını və kütləvi informasiya vasitələrini, Türkiyə Böyük Millət Məclisinin millət vəkillərini Ermənistanla sərhədlərin açılması istiqamətində atılan addımlara qarşı öz etiraz səsinizi ucaltmağa, belə həssas məsələdə AKP iqtidarını düşünülməmiş qərarlar qəbul etməkdən çəkindirməyə çağırırıq. Biz bu müraciətlə Azərbaycanda fəaliyyət göstərən, ölkə əhalisinin müxtəlif təbəqələrini təmsil edən, öz sıralarında on minlərlə fəal insanı birləşdirən QHT mövqeyini Sizin diqqətinizə çatdırırıq. Əminik ki, müraciətimizə biganə qalmayacaqsınız?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA