Tənzilə Rüstəmxanlı: ??Qarabağ məsələsi Azərbaycan qədər də Türkiyənin problemidir?

img

16-10-2009 [02:27]


?Bu gün Azərbaycan cəmiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusuna çox həsas yanaşır. Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın digər rayonlarının da işğalından sonra bağlamışdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə deyən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Türkiyə bu günə kimi Ermənistanı işğalçı dövlət kimi tanıyıb: ?Türkiyə bəyanatlarla çıxış edirdi ki, Ermənistan işğal faktını ortadan qaldırmayana qədər sərhədlərin açılması mümkün deyil. Bu gün isə protokolların imzalanması və protokolda Qarabağa dair bəndin, maddənin olmaması Azərbaycan xalqının narahatlığına səbəb olur?. T.Rüstəmxanlının sözlərinə görə, Türkiyə toplumu bu məsələni çox gözəl bilir və belə bir haqsızlığın olmasına icazə verməz: ?Türkiyənin baş naziri Azərbaycan parlamentindəki çıxışında bildirimişdir ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon azad edilməyənə qədər Türkiyə və Ermənistan sərhədləri açılmayacaq. Deyilən bu sözlərə indiyə qədər inanmışıq, bu gündə onun həmin sözün arxasında olduğuna inanırıq. Çünki bizim qardaş, mütəffiq bir dövlət olan Türkiyə xalqına inamımız var. Mən belə düşünürəm ki, Türkiyə xalqı dediyi sözün arxasında duracaq və əks halda buna biz öz etirazımızı bildirəcəyik?. T.Rüstəmxanlının fikrincə, Türkiyə xalqı həmişə Azərbaycanın yanında olub və həmişə də olacaq: ?Biz Azərbaycan xalqı olaraq, Qarabağdan imtina etsək belə, Türkiyə xalqı Qarabağdan imtina etməz. Çünki Türkiyə xalqı bilir ki, Qarabağ məsələsi Azərbaycan qədər də Türkiyənin problemidir. Qarabağ məhz Türkiyəyə görə işğal olunub. Ermənistan Azərbaycana məhz Türkiyəyə görə, 1918-ci ildən düşmən kəsilib və bu düşmənçilik bu günə qədər də davam etməkdədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA