Ölkəyə enerjiyə qənaət edən yeni lampalar gətiriləcək

img

15-10-2009 [08:43]


Bu gün ?Caspian Plaza? otelində ?ELS? Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən ?Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?ELS? Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova Azərbaycanın digər əsahələrdə olduğu kimi dünyada gedən proseslərdən kənarda qalmadığını və müxtəlif beynəlxalq konvensiyalara qoşulduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan bu günə kimi ətraf mühitin mühafizəsi sahəsində 15 beynəlxalq konvesiyanı ratifikasiya edib: ?Artıq bir çox ölkələrdə elektrik enerjisinin istehlakının sutka ərzində bərabər paylanmasını təmin etmək məqsədilə müxtəlif üsullardan istifadə edilir. 2009-cu ilin sentyabr ayından Avropada 100 VT-luq közərmə lampalarından istifadə qadağan olunub. 2010-cu ildən 75 VT-luq, 2011-ci ildən 60 VT-luq, 2012-cu ildən isə 40 və 25 VT-luq lampaların istifadəsi qadağan ediləcək. Bu qərar Avropa iqtisadiyyatının enerji səmərəliliyini 2020-ci il üçün 20% artırılması məqsədilə Avropa Şurası tərəfindən qəbul edilib. Yeniliyi tətbiq edən ilk ölkə İrlandiya olub. Bundan başqa, qadağanın tətbiqini Belçika, Niderland, Almaniya və Böyük Britaniya da həyata keçirməkdədir. Bu proses artıq inkişaf etməkdə olan ölkələrdə də start götürüb?. İ.Yaqubova onu da bildirib ki, Azərbaycanda bu prinsipin qəbul edilməsində dövlət yaxından kömək göstərməlidir: ?Bundan əlavə, bu məsələ ilə bağlı ictimaiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Təəssüflər olsun ki, hazırda ölkəmiz lampa istehsal etmir. Artıq Rusiya qənaətcil lampalar istehsal edir. Bizdə bu sahədə təcrübə var və çalışmaq lazımdır ki, hökumətin köməkliyilə bu təcrübədən istifadə edək. Bu lampalar həm qənaətcil, həm də səmərəlidir?. İqtisadi İnfkişaf Nazirliyinin əməkdaşı Kərim Ramazanov isə bildirib ki, enerjidən səmərəli istifadə ilə bağlı Dövlət Proqramı hazırlanıb: ?Hesab edirik ki, bu məsələnin müsbət həlli üçün uzun müddət tələb olunur. Həmin lampaların bütün parametrləri ölkəmizə uyğun hesab ediləndən sonra tətbiq edilə bilər?. Dövlət Gömrük Komitəsinin əməkdaşı Rəşad Əliyev də bu cür layihələrin reallşamısının tərəfdarı olduqlarını bildirib. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin laborotoriyasında ölkəyə gətirilən keyfiyyətsiz məhsullar müsadirə edilir və bazar çıxmasına imkan verilmir: ?Biz də hesab edirik ki, bu cür lampaları ölkəyə gətirməklə elektrik enerjisinə qənaət etmiş olarıq?. Milli Məclsin nümayəndəsi Şamil Hüseynov Azərbaycanda enerji sahəsində çoxsaylı qanunların qəbul edildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, artıq yeni energetik məmulatların ölkəyə gətirilməsi üçün hüquqi baza yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA