Məhkəmədə Azay Quliyevin ünvanına sərt itthamlar səsləndi

img

15-10-2009 [08:20]


Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Məhkəmədə qarşı tərəfi Şuranın Apelyasiya Komissiyasının sədri Sahib Məmmədov və hüquqşünas Vüsal Quliyev təmsil ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmədə çıxış edən hüquq müdafiəçisi Esmira Orucova QHT Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlının mətbuatda onun şərəf və ləyaqətini alçaltdığı üçün vəsadət qaldırıb. Lakin hakim Qurban Abbasov Esmira Orucovanın vəsadətini qəbul etməyib. Hakim qərarını vəsadətin məhkəmə prosesinə aid olmaması ilə əsaslandırıb. Daha sonra iddiaçı bildirib ki, birinci mərhələdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ?Ermənistan-Azərbaycan münaqişəsi zamanı əsir və girov götürülmüş və sonradan azad edilmiş vətəndaşların hüquqları və müdafiəsi? adlı layihə təqdim edilib. Onun sözlərinə görə, layihənin müddəti 7 ay, məbləği 17.101 manat olub: ?Düşündüm ki, layihə yüksək qiymətləndiriləcək. Lakin layihənin nəticələri elan ediləndə bunun əksini gördüm. Şurv layihəni 6 min manat dəyərində qiymətləndirdi. Halbuki bu vəsaitlə heç bir iş görmək mümkün deyil. İkinci dəfə Şuraya əsirlikdən qayıtmış vətəndaşların başına gətirilən müsibətlərlə bağlı film çəkmək üçün layihə təqdim etdi. Bu dəfə isə mənə 7 min manat pul ayırdılar. Amma qurumun qurumun rəhbərliyində təmsil olunan şəxslər öz layihələri üçün maksimal məbləğ ayırıblar. Layihəni qiymətləndirən ekspertlərlə görüşmək və süzakirələr aparmaq istəyirəm. Həmçin layihənin maliyyələşdirilməsindən imtina ilə bağlı çıxarılan qərar ləğv edilməlidir?. Məhkəmədə cavabdeh şəxs qismində çıxış edən QHT Şurasının nümayəndəsi Sahib Məmmədov isə Esmira Orucovanın təmisil etdiyi quruma qarşı irəli sürdüyü ittihamlarla razılaşmayıb: ?İddiaçı tərəf bizdən konkret nə istədiyini bildirməlidir. Bizim imkanımız buna çatdı və ona birinci mərhələdə 6 min manat verdik. Esmira xanımın ikinci mərhələdə təqdim etdiyi büdcə isə düzgün tərtib olunmamışdı. Qeyd edilib ki, cari məqsədlər üçün istifadə olunan ləvazimatların alınması və xidmətlərin göstərilməsi üçün 7 min manat lazımdı. 7 min manata film çəkmək qeyri-mümkündür. Bundan əlavə, hesab etdik ki, vətəndaşların şəxsi həyatından bəhs edən kadr onun psixologiyasına və yaxın ətrafına mənfi təsir göstərə bilər. Bu filmlərin çəkilməsi üçün ilk növbədə həmin vətəndaşlırn razılığı olmalıdır?. Vəkil Mənsum Bayramov isə QHT Şurasının öz vəzifəsini layiqincə yerinə yetirmədiyini bildirib: ?Şura açıq-aşkar Esmira xanıma qarşı qərəz nümayiş etdirib. Hesab edirəm ki, bu iş layiqincə qiymətləndirilməlidir?. Məhkəmədə şahid qismində ifadə verən ?XXI əsr? Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə deyib ki, onlar QHT Şurasına Sahib Məmmədovun namizədliyini irəli sürəndə onun obyektiv olacağına ümid ediblər: ?Lakin başda Azay Quliyev olmaqla, Şuranın rəhbərliyində təmsil olunanların heç biri ədalətli olmağı bacarmadılar. Onlar ancaq öz layihələrini yüksək qiymətləndiriblər?. Hakim Qurban Abbasov tərəfləri dinlədikdən sonra növbəti məhkəmə prosesinin oktyabrın 22-si saat 15:00-a təyin olunduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA