Kubanın Azərbaycandakı səfiri mətbuat konfransı keçirdi

img

15-10-2009 [02:58]


Bu gün ?Ria Novosti? agentliyində Kubanın Azərbaycandakı səfiri Marsella Kabalyero Torres BMT-nin Kubanın 63/7 məruzəsinə dair rəyi haqqında mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Marsella Kabalyero Torres bildirib ki, səfir kimi Azərbaycan və Kuba münasibətlərinin bir-iki il ərzində daha da möhkəmlənməsinin şahidi olub: ?29 oktyabr BMT-də Kubanın maliyyə-iqtisadi blokadadan çıxarılmasının vacibliyinin, ABŞ-nın maliyyə-iqtisadi böhranının dayandırılmasının vacibliyi təqdim olunacaq. Dediyim kimi, 29 oktyabrda Kubanın blokadadan çıxarılması üçün səsvermə keçiriləcək və bu səsvermə artıq 17-ci dəfədir ki, keçirilir. Keçən il keçirilən səsvermə nəticəsində 185 ölkə Kubanın blokadadan çıxarılmasına səs vermişdir, yalnız 3 ölkə bunun əleyhinə olmuşdur. Amerika Administrasiyası Kubanın blokadadan çıxarılmasının əleyhinədir. Amerika Kubanın blokadadan çıxarılmasını və sosial-iqtisadi durumunun yaxşılaşmasını istəmir?. Mən, 2 ay Kubada qaldım və öz həmvətənlərimlə söhbət edərkən anladım ki, Kuba ilə Amerika arasında yeni durumlar mövcuddur. Amma səfir ümid etdiyini bildirib ki, ABŞ-ın yeni prezidenti Barak Omaba verdiyi qərarlarda Kuba üçün həlledici rol oynayacaq: ?O, düşünür ki, B.Obama Kubanın blokadadan çıxarılması üçün yeni qərarlar verə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA