ilham Əliyev Hövsan Olimpiya idman Kompleksinin açılız mərasimində iztirak edib

img

15-10-2009 [02:24]


Prezident İlham Əliyev oktyabrın 15-də Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Prezident idmançılarla görüşüb, rəmzi açılışı bildirən lenti kəsib, komplekslə tanış olub. Dövlət başçısına bildirilib ki, kompleksin tikintisi 2007-ci ildə başlayıb. Kompleksin ümumi ərazisi 4,5 hektardır, 2,4 hektar sahədə yaşıllaşdırma işləri aparılıb. Üçmərtəbəli binanın sahəsi 19 min kvadratmetrdir. Bura üzgüçülük hovuzu, idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi və təlim-məşq prosesi üçün 2 universal zal, soyunub-geyinmə otaqları, kafe daxildir. İdman kompleksindəki oyun zallarında həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks və güləş yarışları keçirmək mümkündür. Kompleksə açıq havada mini futbol, voleybol, oxatma meydançaları, güllə atıcılığı üzrə qapalı zal daxildir. Hövsan Olimpiya İdman Kompleksi müasir avadanlıqla təchiz olunub. Prezident daha bir idman kompleksinin istifadəyə verilməsi münasibətilə idmançıları və ictimaiyyətin nümayəndələrini təbrik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA