ilham Əliyev islam Konfransı Təzkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin nümayəndələrini qəbul edib

img

14-10-2009 [06:56]


Oktyabrın 14-də Prezident İlham Əliyev ?Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009? mədəniyyət ili çərçivəsində Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul edib. Prezident İlham Əliyev Bakıda keçirilən konfransı, müzakirə olunan məsələləri və qəbul edilən qərarları ölkələr arasında münasibətlərin və İslam həmrəyliyinin möhkəmləndirilməsində mühüm hadisə kimi səciyyələndirin. Dövlət başçısı qeyd edib ki, belə tədbirlər, eyni zamanda, təmsil olunan ölkələrin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində də vacib amildir. İKT üzvü olan ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini yaxşı hal kimi dəyərləndirən Prezident İlham Əliyev ötən il BMT Baş Məclisində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən qərarın qəbulunda İslam ölkələrinin xidmətini xüsusi vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən dövlət başçısı bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri barədə qəbul etdiyi 4 qətnaməyə Ermənistan tərəfindən məhəl qoyulmadığını diqqətə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan edən Prezident İlham Əliyev deyib ki, yalnız bu halda regionda sülh və sabitliyə nail olmaq mümkündür. Dövlət başçısı milli, dini və mədəni dəyərlərinə sadiq qalan Azərbaycanda müstəqillik bərpa olunandan sonra mədəniyyət sahəsində görülən işlər barədə məlumat vermiş və əlavə edib ki, indi ölkənin bütün mədəniyyət ocaqları bərpa edilir, yeni muzeylər tikilir. Prezident İlham Əliyev bildirmişdir ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması bizim üçün böyük şərəfdir. Bununla bağlı paytaxtımızda müxtəlif tədbirlər keçirilir. Bu da Şərq ilə Qərb arasında yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa davamlı töhfəsinin bir nümayişidir. Prezident İlham Əliyev nümayəndələrdən onun salamlarını təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib. İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfrans nümayəndələrinə göstərilən böyük diqqətə və bütövlükdə İKT-nin və İSESKO-nun fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinin başçısına görüş iştirakçıları adından minnətdarlığını bildirib. Prezident İlham Əliyev Bakıda davam edən konfransı dostluq və qardaşlıq günləri kimi dəyərləndirmişdir. Tarixin müxtəlif dövrlərində təcavüzlərə məruz qalmış və müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmuş Azərbaycan xalqının öz milli mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayan dövlətimizin başçısı müstəqillik dövründə Azərbaycanda minə qədər məscidin tikildiyini diqqətə çatdırıb. ?Biz çalışırıq ki, bütün ölkələr kimi müsəlman dövlətləri ilə də münasibətlərimizi yüksək səviyyədə quraq?, - deyən Prezident İlham Əliyev mədəni əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. İslam mədəniyyəti ilə bağlı Azərbaycanda təşkil olunan müxtəlif tədbirlər barədə məlumat verən Prezident İlham Əliyev buna nümunə olaraq bu günlərdə Bakıda beynəlxalq İbn Ərəbi simpoziumunun da yüksək səviyyədə keçdiyini deyib. Belə tədbirlərin Bakıda keçirilməsini İslam həmrəyliyinə verdiyi dəstəyə görə Azərbaycana göstərilən etimadın təzahürü kimi dəyərləndirib. Dövlət başçısı İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında qəbul olunan qərarların İslam birliyinin daha da möhkəmlənməsinə töhfə olacağına əminliyini ifadə edib. Azərbaycan Prezidentinə İKT və İSESKO adından xatirə hədiyyəsi təqdim edilib. Sonda Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA