Azad Rəhimov yeni olimpiya komplekslərinin istifadəyə veriləcəyini deyir

img

14-10-2009 [06:30]


Bu gün gənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-9-u arası Qubada gənc jurnalistlər üçün təşkil olunmuş təlim-düşərgədə iştirak edən media təmsilçilərini qəbul edib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, A.Rəhimov rəhbərlik etdyii qurumun ölkədə gənc jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirdiyini deyib. Nazir gələcəkdə də gənc media təmsilçiləri üçün müxtəlif seminar və konfransların təşkil olunacağını bildirib. A.Rəhimov jurnalistlərlə söhbətində Azərbaycan dövlətinin idmana göstərdiyi qayğıdan danışıb. Nazir deyib ki, sabah Hövsan qəsəbəsində müasir standartlara cavab verən Olimpiya Kompleksinin açılışı olacaq: ?Yaxın 10 gün ərzində isə İsmayıllıda Olimpiya Kompleksi yerli sakinlərin ixtiyarına veriləcək. Bu ilin axırına kimi isə Ağdaş və Göyçay rayonlarında olimpiya komplekslərinin açılışları olacaq?. A.Rəhimov qeyd edib ki, gələn il isə ölkənin müxtəlif şəhər və rayonlarında 10-a yaxn olimpiya kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA