QAT polis zorakılığını pisləyib

img

14-10-2009 [05:32]


Qarabağ Azadlıq Təşkilatı Türkiyə səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına qarşı törədilən polis zorakılığını pisləyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə QAT-ın bu gün yaydığı bəyanatda bildirilir. ?Polis aksiya iştirakçılarının bir çoxuna, o cümlədən, Şaiq Süleymanova, İlqar Əliyevə, Mehman İsmayılova bədən xəsarətləri yetirib. QAT sədrinin müavini Mərkəzi Respublika Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsini davam etdirir. Aksiya zamanı 2 nəfər QAT fəalı-İlkin Əsədov və Asim Əsədov Nərimanov polis idarəsinin əməkdaşları tərəfindən həbs edilib və hazırda həbsdə saxlanılırlar", deyə bəyanatda qeyd olunub. Bəyanatda zorakılığa yol vermiş polis əməkdaşlarının cəzalandırılması, həbs olunanların isə dərhal azadlığa buraxılması tələb edilib. QAT, Türkiyə bayrağının yandırılacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Bu şayiənin heç bir əsası yoxdur və hər iki ölkənin düşmənləri tərəfindən ortaya atılan təxribatdır. Bizim heç vaxt belə bir niyyətimiz ola bilməz və bu cəhdi edə biləcək hər kəsi lənətləyirik". Xatırladaq ki, dünən QAT üzvləri Türkiyənin Bakıdakı səfirliyi qarşısında Türkiyə-Ermənistan protokollarının imzalanmasına etiraz olaraq aksiya keçiriblər. Polis aksiyanın keçirilməsinə mane olub, QAT sədri Akif Nağı və 7 təşkilat üzvü Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıblar, daha sonra sərbəst buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA