Türkiyə səfirliyinin qarzısında növbəti etiraz aksiyası keçirilib

img

14-10-2009 [05:05]


Bu gün Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AMDP-çilər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı tərəflər arasında imzalanan protokollara etiraz ediblər. Aksiyada ?AKP, erməni, türkün düşməni!?, ?Bozqurdlar ölməz, vətən bölünməz!? şüarlarını səsləndirib, ?Rədd olsun Ermənistan?, ?Yaşasın türk birliyi? yazılmış plakatlar qaldırıblıb. Aksiya təşkilatçıların qətnamə oxuyublar. Aksiya icazəsiz olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşlır piketə müdaxilə ediblər. Buna baxmayaraq, şüarları səsləndirməkdə davam edən AMDP sədri Tufan Kərim başda olmaqla, 6 aksiya iştirakçısı iştirakçısı saxlanılaraq 27-ci polis bölməsinə aparılıb. AMDP-nin qətnaməsində sərhədlərin açılması ilə bağlı Türkiyə hakimiyyətinin tutduğu mövqe pislənilib. Partiya hesab edib ki, Türkiyənin atdığı bu addım Azərbacanın maraqlarına ziddir və Türkiyə Böyük Millət Məclisini protokolları təsdiq etməməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA