Ziyad Səmədzadə çinin iqtisadiyyatından bəhs edən kitabını təqdim etdi

img

14-10-2009 [03:42]


Bu gün Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin ?Çin Qloballaşan Dünya İqtisadiyyatında? adlı kitabının təqdimatı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov açaraq, bu kitabın iqtisadiyyat elmində xüsusi əhəmiyyət daşıdığını deyib: ?Akademik Ziyad Səmədzadənin Çinin iqtisadiyyatına həsr olunmuş bu kitabı özünəməxsus əhəmiyyətə malikdir. Dünya iqtisadiyyatında özünə xüsusi yer tutan Çinin iqtisadi təhlilinə əsaslanan bu kitab oxucular tərəfindən də çox maraqla qarşılanır. Bizim görkəmli akademikimiz Ziyad Səmədzadənin qələmindən çıxmış bu kitabda tək iqtisadiyyatdan yox, həm də sənayenin, kənd təsərrüfatının, ticarət əlaqələrinin inkişafına əhatəli toxunulub və izahı verilib?. Ə.Əhmədov deyib ki, bu kitabda nöqsan yoxdur və 15 ilin gərgin əməyinin məhsuludur. Sonra xoş sözləri akademik Fuad Qasımzadə davam etdirərək, deyib ki, kitab oxucalar tərəfindən maraqla qarşılanıb: ?Kitab çox ətraflı şəkildə Çinin iqtisadiyyatını büruzə verib. Oxuduqca maraq doğuran bu kitabın ərsiyə gəlməsinə görə akademikimizə təşəkkürümü bildirirəm. Çin dövləti öz sosial inkişaf yoluna sadiq qalaraq, iqtisadi inkişaf çərçivəsində böyük xarüqələr yaradıb. Mən çox istərdim ki, Çin dövləti də bu kitaba öz qiymətini versin. Kitabda Stalinin hərakatlarından, Çinin kommunist dövründən, 16-cı qurultayından, xüsusiylə də Yeltsinin və Qarbaçovun xəyanəti xüsusi vurğulanıb?. Xatırladaq ki, 15-ci fəsli Azərbaycana həsr olununan bu kitabın təqdimat mərasimində Çinin ölkəmizdəki səfiri də iştirak edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA