Bakı və Gəncədə gənclərlə bağlı beynəlxalq tədbir keçiriləcək

img

14-10-2009 [12:13]


Bakı və Gəncə şəhərlərində 19-25 oktyabr tarixlərində Avropa Şurasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ?Salto Youth Resurs Mərkəzi? nin təşkilatçılığı ilə ?Azərbaycanda Gənclər işinin reallığı ? mövzusunda keçiriləcək beynəlxalq tədbirdə müzakirə olunacaq. Tədbirdə 12 Avropa birliyinə üzv ölkələrin o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin ?Gənclər fəaliyyətdə? proqramı üzrə Milli agentliklərinin rəsmi nümayəndələrinin, eyni zamanda, Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Tədbirin əsas məqsədi Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış olmaq, ?Gənclər fəaliyyətdə? və ?Şərq tərəfdaşlığı? proqramı üzrə Azərbaycanda, elecə də Avropanın digər ölkələrində həyata keçirilməsi planlaşdırılan layihələrin geniş müzakirəsini aparmaqdır. Qeyd edək ki, səfər çərçivəsində qonaqlar bir neçə rəsmi görüşlər keçirəcək, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında olacaq, həmçinin gələcək layihələrlə bağlı müxtəlif debat və disskusiyalarda iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA