Deputatlarımız bu gün Türkiyənin baz naziri Ərdoğanla görüzəcəklər

img

14-10-2009 [11:03]


Ankarada səfərdə olan azərbaycanlı millət vəkilləri bu gün Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşəcəklər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında Azərbaycanla Türkiyə arasında tarixi çox qədimlərə gedib çıxan bir dostluğun mövcud olduğunu bildirib və Türkiyənin Azərbaycan üçün önəmini xatırladıb: ?Burada deyirlər ki, Azərbaycan heyəti etiraz etməyə gəlib. Əsla belə bir şey yoxdur. Bura öz qardaşlarımızla fikir mübadiləsi aparmağa, gələcək planlar haqqında düşünməyə, Türkiyə-Azərbaycan dostluğunu da da inkişaf etdirməyə gəlmişik?. Səməd Seyidov, səfərin iki ölkə üçün çox faydalı olacağına ümid etdiyini bildirib. Qeyd edək ki, nümayəndə heyətinə Fəzail Ağamalı, Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA