Bakıda beynəlxalq səhiyyə sərgisi açılıb, sərgidə dünyanın 13 ölkəsindən 74 zirkət iztirak edib

img

13-10-2009 [06:49]


Heydər Əliyev adına İdman və Konsert Kompleksində ?İteca Caspian? LLC şirkəti tərəfindən təşkil olunmuş 15-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə, 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya, 3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin rəsmi açılış mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, 15 ildir Azərbaycanda beynəlxalq səhiyyə sərgiləri keçirilir və ilbəil sərgi iştirakçılarının sayı artır. Sərgidə dünyanın 13 ölkəsindən 74 şirkətin iştirak etdiyini deyən nazir müavini qeyd edib ki, dünyanın əksər ölkələrində maliyyə böhranı beynəlxalq səviyyəli sərgilərin keçirilməsinə maneçilik yaratsa da, Azərbaycanda tam əksinədir: ?Son altı ayın nəticələrinə görə, Azərbaycanda ümumi daxili məhsulun artım tempi 4 faiz təşkil edib. Yaxın illərdə büdcədən səhiyyə sahəsinə ayrılan vəsaitlərin azalacağı gözlənilmir. Son beş il ərzində Azərbaycanda 300-dən artıq tibb müəssisəsi yenidən tikilib, əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib?. E.Ağayevin sözlərinə görə, Azərbaycan prezidentinin ehtiyat fondundan ayrılan vəsaitlər hesabına son iki ildə 20 milyon manata yaxın vəsait hesabına təcili yardım maşınları alınıb: ?Ayrılan vəsait hesabına Respublika Uroloji Mərkəzi yenidən qurulub və yaxın zamanlarda istifadəyə veriləcək. Azərbaycan Tibb Universitetində isə iki klinika - cərrahi klinika və terapevtik tədris korpusu yaradılır?. ?İteca Caspian? LLC şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib ki, oktyabrın 15-dək davam edəcək sərginin tematikası diaqnostika və müalicə üçün tibbi texnikanın bütün spektrini, laboratoriya texnikasını, tibbi avadanlığı, dərman vasitələri və elmi araşdırmaları əhatə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA