Səhiyyə nazirinin müavini Azərbaycanda epidemiya təhlükəsinin olmadığını bildirib

img

13-10-2009 [04:39]


?Hazırda Azərbaycanda Səhiyyə Nazirliyinin icazəsi ilə 100-dən artıq dərman istehsal olunur. Bu isə dərman bazarının çox kiçik faizini təşkil edir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, Azərbaycana dərman, əsasən başqa ölkələrdən idxal olunur. Nazir müavini qeyd edib ki, ölkədə həyata keçirilən dövlət proqramlarında əczaçılıq sahəsinə investisiyaların cəlbi nəzərdə tutulur: ?Gələcəkdə maraq göstərən şirkətlərə əczaçılıq zavodlarının qurulması üçün lazımi şərait yaradılacaq?. E.Ağayev bildirib ki, son vaxtlar Azərbaycanda vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara çox az rast gəlinir: ?Nazirlik vaxtı keçmiş və saxta dərmanlara qarşı çox ciddi mübarizə aparır. Yaxın zamanlarda Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzində dərmanların bioekvivalentliyini yoxlayan yeni laboratoriya istifadəyə veriləcək. Çox ciddi nəzarət olduğundan keyfiyyətsiz dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınıb?. E.Ağayev qeyd edib ki, Azərbaycanda infeksion xəstəliklərə qarşı lazım olan bütün tədbirlər görülüb. Düşünürəm ki, Azərbaycanda nəinki pandemiya, heç epidemiya da gözlənilmir. Bu məsələ Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir: ?Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən A/H1N1 virusuna qarşı Azərbaycana vaksinlər göndərilməsi planlaşdırılır?. E.Ağayev vurğulayıb ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda ?donuz qripi?nə yoluxma ilə bağlı cəmi iki hal olub. Bunların da qarşısı dərhal alınıb, xəstələr sağalaraq evə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA