Dağlıq Qarabağın azərbaycanlı icması Türkiyəyə müraciət etdi

img

13-10-2009 [03:51]


?Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyi idarə heyətinin iclasında oktyabrın 10-da Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması, diplomatik əlaqələrin yaradılmasına dair protokolların imzalanması ilə bağlı Türkiyə ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə deyilir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması protokolların imzalanması xəbərini dərin narahatlıqla qarşılayıb: ?Biz Türkiyə Cümhuriyyətinin qonşu Ermənistanla öz tarixi problemlərinin həllinə və beləliklə də, bu ölkə ilə münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərinin böyük əhəmiyyətə malik olduğunu anlayırıq. Lakin bununla yanaşı bildiririk ki, hazırkı şəraitdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması həm Türkiyə, həm də ona yaxın olan qardaş Azərbaycan vətəndaşları üçün kəskin nəticələrə gətirib çıxara bilər. Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin işğalının davam etdiyi bir vaxtda Türkiyənin Ermənistanla sərhədinin açılması Azərbaycan Prezidentinin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunuzmalığına hörmətlə yanaşmağa, işğal altında olan bütün ərazilərin boşaldılmasına və ordan qovulmuş azərbaycanlıların öz doğma yurd-yuvalarına geri qayıtmasına şərait yaratmağa məcbur etməyə yönəlmiş səylərinə böyük zərər vuracaq?. Müraciətdə qeyd olunur ki, işğalın davam etdiyi indiki halda Türkiyənin Ermənistana qapısını açması, bu ölkə ilə iqtisadi əlaqələr yaradıb orada sərmayə yatırımı həyata keçirməsi onu işğalçı siyasətini davam etdirməyə təşviq edəcək. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı yeddi rayon işğal olunub. Neçə illərdir həmin rayonların sakinləri olan azərbaycanlılar, o cümlədən biz - Dağlıq Qarabağ azərbaycanlıları öz doğma torpaqlarımıza qayıda bilmirik. Bu illər ərzində torpaqlarımız və evlərimiz ermənilər tərəfindən istismar və talan olunur. Biz öz doğma yurd-yuvalarımıza qayıtmaq istəyirik. Dağlıq Qarabağın hüquqi statusu yalnız bölgənin azərbaycanlı icması geri qayıtdıqdan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməlidir. İşğal bitmədiyi halda Türkiyənin sərhədlərini Ermənistanın üzünə açması biz azərbaycanlıların Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmasına əngəl törədəcək. Azərbaycan ərazilərinin işğaldan azad olunması və didərgin düşmüş bütün azərbaycanlıların, o cümlədən bizim Dağlıq Qarabağ da daxil olmaqla öz torpaqlarımıza qayıtmağımız naminə sizə üz tutub müraciət edirik ki, Türkiyə sərhədlərinin Ermənistanın üzünə açılmasına və işğalçının haqsız təşviq edilməsinə yol verməyəsiniz?. Sənəddə o da vurğulanır ki, Türkiyənin Ermənistan ilə əlaqələrinin normallaşdırılmasına yönəlmiş səyləri Ermənistanın Azərbaycana qarşı işğalı bitməyincə uğurla nəticələnə bilməz. Regionda Türkiyənin marağında olduğu sülh və təhlükəsizliyin bərpa edilməsi Ermənistan ilə Azərbaycan arasında olan münaqişənin həllindən bilavasitə asılıdır: ?Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən zorla qovulmuş azərbaycanlıların icması inanır ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir, regionun gələcəyi məhz iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığından asılıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA