itkin düzmüz bacıların atası məhkəmə prosesinin ədalətsiz keçirildiyini iddia edir

img

13-10-2009 [03:15]


Dəvəçi rayonunun Dağbilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarının itkin düşməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən proses oktyabrın 15-də yekunlaşacaq. Müstəqil İnformasiya Agentliyinə məhkəmə ilə bağlı məlumat verən zərərçəkmiş Zamir Məcidov bildirib ki, vəkilləri Əliyev Mehman Qardaşxan oğlunu da sözügedən məhkəmə ələ alıb. Bacıların atası Z.Məcidov deyib ki, vəkilləri təyin edilən məhkəmə proseslərinin heç birinə gəlməyib: ?Onu ələ alıblar. Odur ki, məhkəməyə gəlmədi. Ondan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirdi?. Z.Məcidov Apellyasiya Məhkəməsinin də ədalətsizlik baxımından əvvəlki məhkəmədən heç nə ilə fərqlənmədiyini deyib: ?Amma Elnur və Elçin İsmayılov qardaşlarının həbs müddəti artırıla bilər. Həm də Təvəkkül İsmayılov sonuncu məhkəmədə çıxış edərək, bildirdi ki, o, Nailə ilə Reyhanə Məcidova bacılarını öz əli ilə Dəvəçi rayon Polis Şöbəsinin keçmiş rəis müavini Məmmədmusa Hüseynova təhvil verib. Təvəkkül bunu dəfələrlə çıxışında bildirsə də, hakim onun bu sözlərini eşitmək istəmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA