MTRŞ rəhbəri aktyor və müğənnilərin aparıcılıq etmələrinə qarzıdır

img

13-10-2009 [02:38]


Bu gün Milli Televiziya və Radio Şurası ilə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev açaraq bildirib ki, televiziyalarda yayımlanan verilişlərin əksəriyyətinin şou xrakterli olması və çərçivədən çox qırağa çıxmasının qarşısının alınması və həmin verilişlərin maarifləndirici verilişlərlə əvəzlənməsini istərdik: ?Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ?Azərbaycan? qəzetindəki məqaləsindən sonra bu cür bayağı verilişlərə nəzarət daha da güclənib. Məncə, bu haqda daha ətraflı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirər?. N.Məhərrəmli isə deyib ki, televiziya və radio elə bir sahədir ki, durmadan inkişaf edir: ?Ona görə də verilişlərə nəzarət olunmalıdır ki, ictimaiyyətin maraqları və çərçivə daxilində yayımlansın. Əks halda verişlər narazılıqlara səbəb olur?. MTRŞ sədri təəssüf hissi ilə deyib ki, indiki vəziyyətdə şou xarakterli verilişlər üstünlük təşkil edir: ?Aktyor və müğənillərin aparıcılıq etmələri, onların veriliş aparmaları ictimaiyyətə mənfi təsir göstərir. Gənclərimizin bu cür insanlara kumir kimi baxması isə yaxşı nəticə vermir. Nə qədər olmasa da, gəncliyimiz gələcəyimizdir?. N.Məhərrəmli kino və cizgi filmlərinin əksəriyyətinin xarici istehsal olmasını da mənfi hal kimi qiymətləndirib: ?Çox istərdim ki, Azərbaycan istehsalı olan cizgi filmləri nümayiş olunsun, filmlərin bir çoxunu Azərbaycan kinoları təşkil etsin. Kinolar və cizgi filmlərindən başqa reklamlar da Azərbaycan istehsalı olmalıdır?. Efirdə yayımlanan SMS-lərə gəlincə, MTRŞ sədri deyib ki, bu cür etikaya sığışmayan yazıların yazılması, tanışlıqlar və sairənin televiziya kanallarında yayımlanmasına kanal rəhbərliyi nəzarət etməlidir. O, bu cür məsələlərin müsbət həllinə inandığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA