Bu gün Bakıda Beynəlxalq səhiyyə sərgisi bazlayır

img

13-10-2009 [02:32]


Bu gün Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində İteca Caspian MMM (Azərbaycan) və İTE Group PLC (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə ?BİHE? 15-ci Azərbaycan yubiley Beynəlxalq səhiyyə sərgisi başlayır. Oktyabrın 15-dək davam edəcək sərginin tematikası diaqnostika və müalicə üçün tibbi texnikanın bütün spektrini, laboratoriya texnikasını, tibbi avadanlığı, dərman vasitələri və elmi araşdırmaları əhatə edir. Builki sərgidə dünyanın 18 ölkəsindən 90-dan artıq şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçıların yarısı xarici şirkətlərdir. Ümumilikdə, sərgidə əczaçılıq, tibbi avadanlıq, tibdə istifadə olunan elektronika, apteklər və tibb müəssisələri üçün avadanlıq və mebel dəstləri, diaqnostika, gigiyenik vasitələr, kosmetologiya, pəhriz və qida əlavələri və s. təqdim olunacaq. Ən böyük ekspozisiya isə hələ Azərbaycan bazarında mövcud olmayan tibb sahəsində yeniliklərin təqdim olunacağı tibb və laboratoriya avadanlığı bölməsindədir. Burada reanimasiya blokları üçün avadanlıq, əməliyyat stolları, ən müasir diaqnostika cihazları, müalicəvi trenajorlar, lazer, fotoepilyasiya və terapiya aparatları və s. nümayiş etdiriləcək. ?BİHE? sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə təşkil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA