Nuzirəvan Məhərrəmli zou xarakterli verilizlərin təkmilləzdilməsini istəyir

img

13-10-2009 [01:08]


?Azərbaycan Milli Televiziya və Radio Şurasının radiolarla bağlı keçirdiyi monitorinqlərin nəticəsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə verdiyi açıqlamasında deyib. N.Məhərrəmli televiziyalarda yayımlanan şou xarakterli verlişlərə də münasibət bildirib: ?Şuranın televiziya və radio kanallarının yaradıcılıq işlərinə, yayımlanan verilişlərə qarışmaq ixtiyarı yoxdur. Efir üçün yayımlanan verilişləri kanallar özləri müəyyənləşdirirlər. Sadəcə, MTRŞ olaraq istəyirik ki, əyləncəli, şou xarakterli verişlişlərin durumu yaxşılaşıb, keyfiyyət baxımından daha mükəmmələşsin. İctimaiyyət də bu cür acınacaqlı hallara narazılığını bildirir. Hesab edirəm ki, televiziya və radio kanalları daha çox maarifləndirici xarakterli verilişlərə üstünlük verməlidirlər?. N.Məhərrəmli deyib ki, televiziya və radiolarda vətənpərəvrlik verilişlərinin yayımlanması hiss olunur və artıq buna doğru işlər gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA