Noyabrda Bakıda əmək yarmarkası keçiriləcək

img

12-10-2009 [05:34]


?Keçirilən əmək yarmarkalarında iştirak edən hər hansı bir şirkətə və ya dövlət idarəsinin təklif etdiyi işlərin əmək haqqı azdır deyə onlara irad tuta bilmərik. Nazirliyin tərkibində olan Baş Məşğulluq İdarəsinin əsas vəzifəsi işə götürənlə, işçi arasında vasitəni yaratmaqdır?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli məlumat verib. Onun sözlərinə görə, qanunvericiliyin nəzərdə tutulmuş bəzi müddəalar əmək yarmarkalarının təşkilində öz əksini tapmalıdır: ?Yəni minimal əmək haqqlarından aşağı olmamalıdır, normal əmək şəraiti təklif olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq, əsasən belə məsələlərə nəzarət edirik. Amma əmək haqqlarının azlığı Nazirliyin səlahiyyətində olan məsələ deyil?. E. Kələntərli bildirib ki, əmək yarmarkaları bu ilin əvvəlindən mütəmadi keçirilir: ?Bu ilin sonuna kimi təxminən 56 rayonda və Bakı şəhərində əmək yarmarkaları keçirilməsi planlaşdırılır. May ayından başlanan əmək yarmarkalarının sonuncusu noyabr ayında Bakı şəhərində keçiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA