AMiP: ?Türkiyə-Ermənistan münasibətlərin bərpası təkcə Azərbaycanın deyil, həm də Türk xalqının maraqlarına ziddir?

img

12-10-2009 [04:22]


Türkiyə və Ermənistan arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi haqqında protokolun imzalanmasını Azərbaycan Milli İstiqlal Partiyası təəssüflə qarşılayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AMİP məsələylə bağlı bəyanat da qəbul edib. Bəyanatda qeyd olunur ki, rəsmi Ankaranın Azərbaycan torpaqlarının işğaldan azad edilməyənədək Türkiyə-Ermənistan arasında heç bir əlaqənin qurulmayacağını dəfələrlə vəd verməsinə baxmayaraq, həmin vədinə xilaf çıxması cəmiyyətdə inamsızlıq yaratmaqla yanaşı, sıx etnik və tarixi köklərə bağlı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinə kölgə salacaq: ?Eyni zamanda bu protokolun imzalanması təcavüzkar Ermənistan qarşısında Azərbaycanın təklənməsinə şərait yaradacaq, həmçinin, işğal olunmuş ərazilərin qaytarılmasına və bir milyondan çox qaçqının pozulmuş hüquqlarının bərpasına ciddi əngəl törədəcəkdir. AMİP hər bir dövlətin, o cümlədən, Türkiyə dövlətinin suveren hüquqlarına və yürütdüyü siyasətinə hörmətlə yanaşaraq, mehriban qonşuluq əlaqələrinin qurulmasını təqdir edir. Amma partiya hesab edir ki, bu əlaqələr qarşılıqlı hörmətə və beynəlxalq prinsiplərə əsaslanmalıdır. Türkiyənin terroru və işğalçılığı rəsmi dövlət siyasətinə çevirən Ermənistanla əlaqələrin qurulması regionda sülhə və sabitliyə yeni təhlükə yaradacaq?. AMİP bəyan edir ki, Türkiyə-Ermənistan arasında münasibətlərin bərpası təkcə Azərbaycanın deyil, həm də Türk xalqının maraqlarına ziddir. Partiya Türkiyə iqtidarının Azərbaycan ictimayyətinin haqlı narahatlıq və narazılıqlarını nəzərə alacağını, bu məsələyə həssas və diqqətlə yanaşacağına ümid edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA