Sabahkı sərgidə həm də qanvermə aksiyası keçiriləcək

img

12-10-2009 [03:49]


Bu gün 15-ci Yübiley Azərbaycan Beynəlxalq Səhiyyə, 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılışına həsr olunmuş mətubat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?İtesa Kaspian? şirkətinin reklam meneceri Mehriban Baxşıyeva açıb. Sonra söz ?İtesa Kaspian?ın direktor müavini Bəhruz Hidayətzadə verildi: ?Keçirilən sərgi 15 il ərzində dünyanın 25 ölkəsinin 1200-dən yuxarı şirkətinin iştirak etdiyi sərgidir. Sərgidə iştirak nəticəsi olaraq imzalanan müqavilələri, təsis edilmiş müştərək müəssisələri, bazarda yeni məhsulların və müasir texnologiyaların meydana çıxmasını göstərmək olar. Səhiyyəyə ayrılan diqqət və qayğı öz əksini layihələrin həyata keçirilməsində büruzə verir. Sabah təşkil olunacaq sərgidə dünyanın 13 ölkəsinin 74 şirkəti iştirak edəcək?. Direktor müavini nəzərə çatdırdı ki, Azərbaycanda keçirilən sərgilərin müsbət tərəfi çoxdur. Məsələn, Azərbaycanda olan stomatoloji avadanlıqların əksəriyyəti məhz sərgilərdə nümayiş olunub: ?İştirakçıların 50 faizini xarici eksponentlər təşkil edir. İştirakçılar arasında ?Vitta? , ?Medifarma?, ?İsomed?, ?Hell?, ?Labservis? (Azərbaycan), ?Aitecs? (Litva), ?Akgun Software?, ?Kurt &Kurt (Türkiyə), ?Belmedpreparati? (Belarus), ?Med-tech? (Rusiya) kimi iri şirkətlərin və digərlərinin adını çəkmək olar. Sabah sərgidə ilk dəfə olaraq İranın milli stendi də iştirak edəcək. Ən geniş ekspozisiya tibb texnikasının ən son modellərini nümayiş etdirən tibb və laboratoriya avadanlıqları bölməsi olacaq?. Səhiyyə Nazirliyinin mətbut xidmətinin rəhbəri Anar Qədirli də öz fiklərini bildirdi: ?Sabah keçiriləcək sərgidə ilk dəfə olaraq ?BİHE? sərgisi çərçivəsində sərgi təşkilatçıları Respublika Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankı ilə birgə ?Qan verək və insan həyatını xilas edək? devizi altında xeyriyyə aksiyası keçirməyi planlaşdırır. Hər bir iştirakçıya və ziyarətçiyə birbaşa kompleksin ərazisində qan yığımı üzrə xüsusi avadanlıqlarla təchiz edilmiş məntəqədə, könüllü olaraq qan vermək təklif olunacaqdır. Donor olmaq istəyən hər kəs qanın rezusunu, hemoqlobinin səviyyəsini və qan qrupunu müəyyən etmək üçün müayinədən kecəcəkdir. Aksiya sayəsində yığılmış qan bütün mümkün viruslara qarşı yoxlanıldıqdan sonra hemofiliya və talassemiya xəstəlikləri, eləcə də donor qanına ehtiyacı olan digər xəstələrin müalicəsi üçün istifadə edilcəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA