?GEN? MMC-nin məhkəməsində general Bəylər Əyyubovun da adı hallandı

img

12-10-2009 [03:20]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə 377 nəfərdən 8 milyon manat almaqda ittiham olunan ?GEN? MMC-nin rəhbəri Elbrus Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, zərərçəkmişlərin nümayəndəsi Vidadi İsgəndərovun məhkəmədə adıçəkilən tikinti şirkətinə qarşı qaldırdığı vəsadət əsasında şahid qismində Hüseynova Səadət Aydın qızı ifadə verib. S.Hüseynovanın sözlərinə görə, ?Əkinçi? Media Qrupunun produsseri vəzifəsində çalışıb: ?Mən, Elbrus Əliyevlə onun ofisində tanış olmuşam. ?GEN? MMC -dən bizə bildirilib ki, onların reklamını müxtəlif televiziyalarda yerləşdirək. Şəxsən mən adıçəkilən şirkətin reklamı üçün televizalara 3 dəfə müraciət etmişəm. Buna görə də mənimlə telekanallar arasında heç bir müqavilə imzalanmadı. Bundan əlavə, biz ?Nəcibə? MTK-nı da ?Lider? telekanalında reklam etmişik. Nəzərinzə çatdırım ki, ?GEN? MMC-nin reklamı üçün Elbrus Əliyevlə heç bir müqavilə imzalamadıq. Reklamın pulu gecikdiriləndə Elbrus Əliyev bizə söz verdi ki, Sulutəpədə tikilən yerdən bizə 55 min manatlıq 3 otaqlı ev verəcək. Biz onlara inandıq. Çünki bu şirkətin ofisini, evin tikilməsi üçün ayrılan ərazini, onların işçilərini görmüşdük və ona görə də heç bir şübhəmiz yox idi. Lakin borc çoxaldığına görə, 21 mart 2008-ci ildə rəhbərimiz Şakir Eminbəyli ilə ?GEN? MMC arasında müqavilə imzalandı. Buna qədər adıçəkilən şirkəti AzTV kanalında reklam etmişik. Mən, Elbrus Əliyevdən reklama görə bir qəpik də olsun pul almamışam. Lakin biz, təqribən 4 min manatlıq reklam yerləşdirmişik?. Zərərçəkmişlərdən biri isə məhz AzTV-də ?Tikdim ki, izim qala? verlişində adıçəkilən şirkətin reklamı getdiyinə görə, ev alıb: ?Reklamı göstərmiş şəxslər tutulmalıdır. Mən onlara görə aldanmışam. Necə olur ki, heç bir müqavilə olmadan ?GEN? MMC-ni 3 ildir reklam edirlər??. Təqsirləndirilən Elbrus Əliyev isə Səadət Hüseynovaya reklama görə 51 min manat pul verdiyini bildirib. Onun sözlərinə görə, verdiyi pula bağlı aralarında heç bir müqavilə olmayıb: ?Mən ona demişdim ki, reklamlar getsin, müəyyən problemlər həll ediləndən sonra pullar veriləcək?. Daha sonra zərərçəkmişlərin nümayəndəsi V.İsgəndərov həqiqəti tam aydınlaşdırmaq üçün məhkəmədə vəsadət qaldırdı. O, ?Əkinçi? Media Qrupunun rəhbəri Şakir Eminbəylinin məhkəməyə çağrılmasını tələb etdi. Lakin məhkəmə V.İsgəndərovun bu vəsadətini təmin etmədi. Elbrus Əliyevin vəsadəti əsasında digər şahid Ələsgər Rüstəmov da məhkəmədə ifadə verdi. Məhkəmədə Elbrus Əliyev bildirib ki, o, Ə.Rüstəmova şirkətin reklamı üçün 30 min manat ödəyib. Lakin şahid Ə.Rüstəmov E.Əliyevdən pul almadığını dedi: ?Mən, ?Müstəqil hüquqşünas? qəzetinin baş redaktoruyam. Ondan 30 min manat pul almamışam. Elbrus mənə müraciət etdi ki, ona beton təşkil edim. Mənim də bu sahədə tanışlarım olduğu üçün, beton təşkil etdim. Yenə də təkrar edirəm, ?GEN? MMC-dən pul almamışam?. Zərərçəkmiş Elbrus Məmmədov isə bildiridi ki, Ə.Rüstəmovu yaxşı tanıyır: ?Elbrus Əliyev mənə 3400 manat pul borclu idi və sonradan qaytardı. Lakin Ələsgər mənə dedi ki, həmin ərazi general Bəyləri Əyyubovun (Prezidentin mühafizə xidmətinin rəhbəri nəzərdə tutulur-müəl.) qohumunundur, pulu qaytar. Mən də pulu qaytardım?. Sonda hakim Eynulla Vəliyev məhkəmənin 13 oktyabrda davam etdiriləcəyini deməklə, prosesi yekunlaşdırdı. Qeyd edək ki, redaksiyamıza verilən məlumata görə, ?Təzə Pir? məsçidi yaxınlığında, Mustafa Sübhi küçəsində, əvvəl ?Nəcibə? MTK-ya məxsus olan və hazırda mübahisə predmetinə çevrilərək, məhkəmə tərəfindən həbs qoyulmuş ərazidə hansısa nazir tərəfindən ikimərtəbəli villa tikdirilir. Məhkəmədən sonra 50-yə yaxın zərərçəkmiş həmin əraziyə gedərək piket keçirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA