Deputatlarımız Ermənistanla Türkiyənin imzaladığı protokollara etiraz etmək üçün Türkiyəyə gedir

img

12-10-2009 [01:21]


Milli Məclisin bir qrup deputatı Türkiyəyə səfərə gedir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyəyə səfər edəcək nümayəndə heyətinə daxil olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı məlumat verib. F.Ağamalı bildirib ki, bu gün həmkarları ilə toplantı keçiriblər və sabah Türkiyəyg yola düşəcəklər. Millət vəkilinin sözlərinə görə, Türkiyəyə səfər zamanı Milli Məclisin üzvləri Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından sonra yaranmış situasiyaya uyğun olaraq keçirəcəkləri görüşlərdə öz narahatlıqlarını ifadə edəcəklər: ?Məqsədimiz ərazilərimizin Ermənistan tərəfindən işğal olunması məsələsini bir daha müzakirə etmək, Ermənistan-Türkiyə münasibətlərində Türkiyənin bu faktı diqqətə almasının vacibliyini önə çəkməkdir. Yəni biz millət vəkili olaraq, narahatlığımızı bildirəcəyik?. Türkiyənin həm iqtidar, həm də müxalifətdən olan nümayəndələri ilə görüşəcəklərini bildirən F.Ağamalı ?Biz bir daha bəyan edəcəyik ki, Qafqazda sülhün bərqərar olması Azərbaycanın ərazi bütövlüyündən keçir. Dağlıq Qarabağ problemi həll olunmadan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasını düzgün hesab etmirik. Bu, nəinki problemi həll edəcək, əksinə münaqişənin nizamlanmasına mənfi təsir göstərəcək. Türkiyə hökumətinin rəhbərliyi ilə də görüşümüz gözlənilir?. Məlumat üçün bildirək ki, nümayəndə heyətinə Fəzail Ağamalı, Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA