Azərbaycan Tələbələr Birliyi Tələbə hüquqları Nizamnəsini çap etdirəcək

img

12-10-2009 [12:41]


Azərbaycan Tələbələr Birliyi yarandığı gündən etibarən tələbə hüquqlarının müəyyənləşdirilməsində və qorunmasında bir sıra fəaliyyətlər gerçəkləşdirib. Bu faəliyyətlərin məntiqi davamı kimi ATB tərəfdaşı olduğu Avropa Tələbələr Birliyinin Tələbə hüquqları Nizamnaməsinin (THN) azərbaycan dilinə tərcümə edilərək çap olunmasını qərara almışdır. Bu məqsədlə artıq Avropa Tələbələr Birliyi ilə danışıqlar da aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 35 maddədən ibarət olan bu Nizamnamənin çap edilməsində əsas məqsəd tələbə hüquqlarının müəyyənləşdirilməsində və qorunmasında Avropa təcrübəsini geniş ictimaiyyətə təqdim etməkdir. Artıq Nizamnamə azərbaycan dilinə tərcümə edilib və yaxın günlərdə çap edilməsi gözlənilir. Çap edildikdən sonra Nizamnamənin universitetlərə, dövlət strukturlarına, QHT-lərə göndərilməsi planlaşdırılır. Azərbaycan Tələbələr Birliyi Tələbə hüquqları Nizamnaməsinin tələbə hüquqları sahəsində yeni bir səhifə açacağına inanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA